ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Nanotexnologiyaların istehsalata tətbiqi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas hədəflərindəndir

     Ekol Mühəndislik Xidmətləri” QSC  texnoloji prosesləri təkmilləşdirməklə və müasir qurğu, avadanlıqları istehsalata tətbiq etməklə fəaliyyət sahələrində keyfiyyətin yüksəldilməsini və səmərəliliyin artırılmasını daim  diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq, dünyanın qabaqcıl texnika və texnologiyalarının  və istehsalata tətbiqi məqsədilə QSC ilə tanınmış xarici şirkətlər arasında əlverişli əməkdaşlıq münasibətləri qurulmuşdur.

     Hazırda  neftşlamı emal edən, məhsuldarlığı 30 m3/ saat olan, İsveçin  “Alfa-Laval” şirkətinin 2 fazalı dekantor qurğusu, Almaniyanın “Börger” şirkətinin gücü 500 m3/saat olan nasosları və digər tanınmış xarici şirkətlərin  müasir qurğu və avadanlıqları QSC-nin istehsalat sahələrində uğurla istismar olunur.

     Bu gün isə QSC-nin maddi-texnika bazasına ən müasir qurğulardan biri,  Hollandiya istehsalı, məhsuldarlığı 20 m3/saat olan 3 fazalı modul dekantor qurğusu da əlavə olunmuşdur.  Yeni qurğunu tətbiq etməklə, emal olunan neftşlam 3 fazaya: neft qarışığı, su və mexaniki qarışıqlar fazasına ayrılacaqdır ki, bu da öz növbəsində emalın keyfiyyətinin yüksəlməsi və iqtisadi səmərəliliyin artırılması ilə yanaşı,  ekoloji vəziyyətin yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərəcəkdir.

    Yeni qurğunun yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulmuşdur.
 

 

 
 

 

tarix : 10.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.