QSC-də Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin 30 nəfərədək əməkdaşı qatılmışdır. Gərgin keçən nərd yarışlarında turnir iştirakçıları öz bacarıqlarını nümayiş etdirmiş və 1, 2, 3-cü yerlər uğrunda mübarizə aparmışlar.
Nərd turnirində gözəl oyun nümayiş etdirərək bütün mərhələlərdə rəqiblərini məğlub edən Nəqliyyat sexinin rəisi Mahir Əsgərov 1-ci, Nəqliyyat sexinin sürücüləri, Əhliman İbrahimov 2-ci, Abbas Yarməmmədov isə 3-cü yeri tutmuşlar.
Sonda turnirin qaliblərinə xüsusi diplom və pul mükafatları təqdim olunmuşdur.
tarix : 13.12.2010
|