ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC -də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

     Dekabrın 11-də  QSC-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir. Əvvəlcə QSC-nin rəhbərliyi və kollektivin üzvləri,  Heydər Əliyevin adını daşıyan Bakı Neft Emalı Zavodunun  ərazisindəki  abidəsini ziyarət etmiş, onun  önünə əklil və tər çiçəklər düzmüşlər. Sonra  QSC-nin baş ofisində, Azərbaycan xalqının  və dövlətçiliyinin  tarixində  müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin anım mərasimi ilə əlaqədar  toplantı keçirilmişdir.

    Toplantıda öncə   ulu öndərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra giriş sözü ilə çıxış edin QSC-nin baş direktoru Ramil Əliyev,  Heydər Əliyevin  həyat və fəaliyyəti, eləcə də onun  xalq və dövlət qarşısındakı xidmətlərindən danışmışdır.

    O, bildirmişdir ki,  Azərbaycan  tarixinin  taleyüklü hadisələrlə dolu otuz ildən  artıq bir dövrü məhz ümummilli liderin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev ölkənin ictimai-siyasi, iqtisadi, mədəni sosial və mənəvi tərəqqisinə nail olmuş, azərbaycan dövlətinmi və xalqını ən çətin  sınaqlardan çıxarmışdır. Ramil Əliyev ulu öndərin ideyaları və siyasi strategiyası bu gündə, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

     Baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov   çıxışında, Heydər Əliyevin XX əsrdə təkcə Azərbaycanda deyil  bütövlükdə post sovet məkanında və dünyada  dahi siyasətçi, fenomen  bir şəxsiyyət olduğunu vurğulamışdır. M. Hüseynov  çıxışına davam edərək bildirmişdir ki,  ulu öndərin  rəhbərliyi ilə dönmədən və ardıcıl şəkildə həyata keçirilən  islahatlar nəticəsində Azərbaycanda  müasir, sivil, azad iqtisadi sistemin  əsası qoyulmuşdur.

     Toplantıda çıxış edən baş direktorun məsləhətçısı, 70-ci illərdə ümummilli liderin respublikamıza rəhbərliyi dövründə neft emalı zavodunun direktoru,  Neft – kimya Sənayesi naziri vəzifələrində çalışmış  Kamil Akimov,  Azərbaycanda neft sənayesinin inkişafında  Heydər Əliyevin əvəzsiz rolundan və onunla bağlı  xatirələrindən danışmışdır.

     İctimai sosial şöbənin rəisi, YAP, “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev öz çıxışında  qeyri-adi intellektual potensiala, yüksək erudisiyaya, fenomenal zəkaya malik olan Heydər Əliyevin xalqın  milli şüurunun , siyasi təfəkkür tərzinin formalaşmasındakı xidmətlərindən söz açmışdır. O, qeyd etmişdir ki,  ümummilli liderin şah əsəri olan Azərbaycan bu gün  bu müdrik insanın ideyaları altında dinamik inkişaf yolu ilə gedir. Ulu öndərin layiqli davamçısı İlham Əliyevin  yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə işsizlik, yoxsulluq səviyyəsi minimuma yaxınlaşmış, milli iqtisadiyyatımızın neft asılılığından çıxarılması məqsədilə qeyri neft sektorunun  inkişafı istiqamətində əsaslı fəaliyyət üçün  əlverişli imkanlar yaradılmışdır.

   Toplantıda çıxış edən digər natiqlər də, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün  miras qoyduğu  zəngin ideyalardan danışmış, bu gün ki, firavan həyat üçün yalnız ona minnətdar olduqlarını bildirərək Ulu Tanrıdan  ona rəhmət diləmişlər.
 
 
 
 
 

       

tarix : 13.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.