ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində keçirilən biznes-forum və sərgidə iştirak etmişlər

  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası” və Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunun birgə təşkilatçılığı və Azərbaycanın, Qazaxıstanın iş adamlarının iştirakı ilə Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində keçirilən I biznes-forumda iştirak etmək üçün, dekabrın 8-dən 10-dək Qazaxıstanın Aktau şəhərin ezam olunmuşlar.

   Tədbirdə QSC-ni, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, baş direktorun köməkçisi Sabutay Əliyev və Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev təmsil etmişlər.
  Formun açılış mərasimində Mangistau vilayətinin rəhbərliyi, Azərbaycan respublikasının Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri, həmçinin Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri çıxış etmişlər. Biznes-forumda ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev “ARDNŞ-nin ekoloji fəaliyyət istiqamətləri” mövzusunda geniş təqdimatla çıxış etmişdir. Forum çərçivəsində Azərbaycan respublikası Dövlət Neft Şirkəti və Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Mangistaumunayqaz” Neft Şirkəti arasında əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandumda birgə elmi tədqiqat və layihələndirmə, normativ hüquqi və normativ texniki sənədlərin mübadiləsi, seminar, konfrans, simpozium, forumlarda iştirak, neft hasilatı və ekoloji sahədə qabaqcıl texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulmuşdur.
   Biznes-forumda eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin istehsal etdikləri məhsulların sərgisi də təşkil olunmuşdur. “Ekol Mühəndislik Xidmətləri” QSC fəaliyyət sahələrini əhatə edən maraqlı stendlə bu sərgidə iştirak etmiş və böyük maraqla qarşılanmışdır.
    Ezamiyyə müddətində QSC-nin nümayəndələri Qazaxıstanın “Mangistaumunayqaz” Səhmdar Cəmiyyətinin baş ofisində olmuş, Cəmiyyətin baş direktorunun birinci müavini Sun Sinyun, baş direktorun sosial və inzibati məsələlər üzrə müavini Askar Rzaxanov və digər rəhbər işçiləri ilə işgüzar görüş keçirilmişdir. Görüş zamanı tərəflər fəaliyyət sahələri və texniki imkanları barədə məlumat vermiş, “Mangistaumunayqaz” SC-nin istehsalat sahələrində uzun illər yığılıb qalmış neftşlamın bioremediasioyası və bu sahədə gələcəkdə birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Qərara alınmışdır ki, işgüzar əlaqələr qurulması üçün belə görüşlərin mütəmadi keçirilməsinə zəruri ehtiyac vardır. QSC-nin nümayəndələri “Mangistaumunayqaz” SC-nin istehsalat əraziləri ilə də tanış olmuşlar.
   Qazaxıstanın Aktau şəhərində keçirilən və yüksək səviyyədə təşkil olunmuş biznes-forum və sərgi iştirakçılar arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli olmuşdur.
    Aktau şəhərində keçirilən I biznes-forum və sərgini Azərbaycanın KİV də izləmişlər. QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov forum haqqında təəssüratlar və qazaxıstanlı həmkarları ilə əməkdaşlıq əlaqələri barədə Aztv kanalına müsahibə vermişdir.
    Dekabrın 10-da QSC-nin nümayəndə heyəti Bakıya qayıtmışdır.
 
 
 
 
 

tarix : 15.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.