ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Siyəzənneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində ekoloji layihələrin icrasını başa çatdırmışdır

      Xəbər verildiyi kimi, 2010-cu ildə “Ekologiya ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC  “Azneft”  İstehsalat  Birliyi ilə  “Siyəzənneft”, “Abşeronneft”, “Balaxanıneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində  neftlə çirklənmiş torpaqların rekultivasiyası və neftşlamın bioremediasiyası layihələrinin icrasına başlamışdır.

   Bununla əlaqədar olaraq, QSC öz texniki imkanlarını və işçi qüvvəsini səfərbər edərək layihələri  layihə-smeta sənədləri əsasında, təqvim planına uyğun və keyfiyyətlə icra edilməsinə nail olmuş, “Siyəzənneft” və Z.Tağıyev adına       NQÇİ-nin  mədən ərazilərində  layihə işlərini nəzərdə tutulmuş müddətdə başa çatdırmışdır.

    Qeyd edək ki, 2010-cu ildə QSC  Paytaxtdan 90 kilometrədək məsafədə yerləşən və özünün  geocoğrafi xüsusiyyətləri ilə  fərqlənən “Siyəzənneft” NQÇİ-nin  24.5 hektara qədər mədən ərazilərində  neftlə çirklənmiş sahələrin  bioremediasiyası layihəsini yerinə yetirərək, 14.5 hektar sahədə təmizləmə işləri aparmışdır. Layihə işləri “Siyəzənneft” NQÇİ-nin  NYM, Ataçay, Sadan və Gil-gil çay mədən sahələrini əhatə etmişdir. İcra müddətində təmizlənmiş sahələrdən  52 744 m3 neftşlam çıxarılmış, həmin sahələrə  99 739 m3 torpaq daşınaraq hamarlanmışdır.

    Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazisində isə layihə işləri  10 hektar sahəni əhatə etmiş və 4.5 hektar ərazi təmizlənmişdir. Təmizlənmiş ərazilərdən  37 min m3 neftşlam  çıxarılaraq  bioremediasiya olunmuşdur.  Həmin əraziyə 37 min m3 ştib və 25 min m3 torpaq daşınaraq hamarlama işləri aparılmış,  5 min 200  ədəd müxtəlif ağac növləri, 10 min ədəd isə bəzək və gül kolları əkilmişdir.

    Beləliklə, QSC-nin gördüyü işlər nəticəsində “Siyəzənneft” və Z.Tağıyev adına      NQÇİ-nin mədən ərazilərinin layihə sahələrində çirklənmiş torpaqların reabilitasiyası və landşaftın bərpası tam təmin olunmuş, bu ərazilərin təbii görkəmi özünə qaytarılmışdır.

  “Ekol Mühəndislik Xidmətləri” QSC digər layihələr üzrə işlərini davam etdirir.
 
 
 

tarix : 17.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.