ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Səbail rayonu 23 saylı məktəblə birgə Suraxanı rayonundakı 7 saylı xüsusi internat məktəbində görüş keçirmişlər

    “Ekol Mühəndislik Xidmətləri” QSC  bütün fəaliyyət sahələri ilə yanaşı öz xeyriyyəçilik missiyasını da daimi həyata keçirir, vaxtaşırı qocalar və uşaqlar evinə baş çəkir, onlara maddi və mənəvi dəstək verirlər.

     Növbəti dəfə Səbail rayonunun 23 saylı  orta məktəbin təşəbbüsü və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi və təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  bayramı  münasibətilə, dekabrın 25-də  Suraxanı rayonu 7 saylı xüsusi internat məktəbinin şagirdləri ilə  birgə görüş keçirmişlər. Görüşdə QSC-nin rəhbərliyinin və kollektivinin nümayəndələri, eləcə də 23 saylı məktəbin  müəllim və valideyn heyəti təmsil olunmuşlar.

     İnternat məktəbinin  akt zalında keçirilən  görüşün sevinc hissi məktəblilərin  məsum çöhrələrində aydın hiss olunurdu. Görüş zamanı qonaqlar uşaqlarla şirin söhbət etdilər, gətirdikləri sovqatları onlara təqdim etdilər. Sevinc hissi və qayğı ilə əhatə olunmuş uşaqlar  nəğmələr oxuyub rəqs etdilər.

    Məktəblilərin görüşünə gəlmiş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun ümumi içlər üzrə müavini İsrafil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov və 23 saylı məktəbin müəlliməsi Şəhla Mustafayeva məktəblilər qarşısında çıxış edərək  valideyn himayəsindən məhrum olmuş uşaqlara  dövlətin göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər  internat məktəbinin şagirdlərini, müəllim və xidmət heyətini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  bayramı  münasibətilə təbrik edərək, onlara təmsil etdikləri müəssisələrin  rəhbərliyinin və kollektivinin səmimi salamlarını və təbriklərini çatdırdılar.

    Görüş iştirakçıları 7 saylı internat məktəbinin rəhbərliyinin  və müəllim heyətinin  uşaqlara göstərdikləri qayğıdan  razı qaldıqlarını bildirərək, şagirdlərə onlara göstərilən bu qayğı və etimadı doğrultmağı, təhsildə, idmanda və sənətdə uğurlar qazanmağı, vətənimiz üçün layiqli övladlar kimi yetişmələrini arzulamışlar.

     7 saylı  xüsusi internat məktəbinin direktoru Qabilə Bağırova  belə  əlamətdar gündə  məktəblilərin görüşünə gəldiklərinə, uşaqlara göstərdikləri diqqət və qayğıya görə qonaqlara öz minnətdarlığını bildirmiş, belə görüşlərin  uşaqların  mənəvi tərbiyəsində böyük rol oynadığını xüsusilə vurğulamışdır.

   Bayram əhval-ruhiyyəsi ilə keçən  görüşün  sonunda qonaqlar uşaqlarla xatirə şəkili çəkdirdirmişlər.
 

 
 

tarix : 27.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.