ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Ekoloji monitorinq departamenti ötən ili uğurlu nəticələrlə yola salmışdır

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrin keyfiyyətlə və vaxtında  icra olunmasında ekoloji monitorinq və laboratoriya tədqiqat işlərinin  nəticələri əsas faktorlardan biridir. Bunu nəzərə alaraq,  Ekoloji monitorinq departamenti (EMD) 2010-cu ildə QSC-nin  illik iş planına uyğun bütün sahələr üzrə monitorinq və tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirmiş və ötən ili uğurlu nəticələrlə yola salmışdır.

    Ötən il QSC-nin layihə sahələrini əhatə edən, “Abşeronneft” NQÇİ-nin Pirallahı, “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı, Balaxanı, “Siyəzənneft” NQÇİ-nin  Neftvurma məntəqəsi, Sadan, Ataçay, Gil-gilçay, Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazilərində və H.Əliyev adına Beynəlxalq Hava Limanının Böyük-şor gölü ətrafındakı neftşlam göllərinin ərazisində kompleks ekoloji monitorinq işləri uğurla yerinə yetirilmişdir.

   2010-cu ildə EMD-nin  Normativ-texniki sənədlərlə iş şöbəsi ARDNŞ-nin tabeçiliyində olan təşkilatlarda, 4 Ekoloji Pasport, 4 Su Təsərrüfatı Pasportu, 4 Yol Verilən Atqı Həddi Normativləri Layihəsi, 2 Yol Verilən Axıntı Həddi Normativləri Layihəsi, 2 Tullantı Mənbələrinin İnventarlaşdırılması sənədləri olmaqla 16 ekoloji normativ-texniki sənədləri yüksək səviyyədə işləyib hazırlamış və müvafiq dövlət qurumları ilə razılaşdıraraq “Sifarişçi” lərə təhvil vermişdir.

   Yola saldığımız  2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin EMD ARDNŞ-nin  “Azneft” İB-nin  “28 May”, “Neft Daşları”, “Abşeronneft”, “Qum adası”, və N.Nərimanov adına NQÇİ-nin mədən ərazilərində, eləcə də        ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin “Qum adası” DQİİ, “Abşeron” Qİİ, “Qobustan” KQİİ və “Tamponaj İdarəsi”-nin  istehsalat sahələrində hər ay ekoloji monitorinq işlərini  keyfiyyətlə aparmışdır.

    Ötən il ərzində EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) da öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. İl ərzində formalaşan axıntı sularının və neftşlamın keyfiyyət kateqoriyalarına görə tərkibinin müəyyənləşdirilməsi məqsədilə, KTL ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin  “Qum adası” DQİİ, “Abşeron” Qİİ, “Qobustan” KQİİ və “Tamponaj İdarəsi”-nin, həmçinin  QSC tərəfindən bioremediasiya işləri aparılan “Abşeronneft” NQÇİ-nin Pirallahı, “Balaxanıneft” NQÇİ-nin  Kürdəxanı, Balaxanı, “Siyəzənneft” NQÇİ-nin  Neftvurma məntəqəsi, Sadan, Ataçay, Gil-gilçay, Z.Tağıyev adına NQÇİ-nin  Qala  mədən ərazilərindən, o, cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanının və Böyük-şor gölü ətrafındakı neftşlam göllərinin ərazisindən,  455 nöqtədən 765 nümunə götürərək onların üzərində 2 067 fiziki-kimyəvi və kimyəvi təhlillər aparmışdır. Bundan başqa, KTL  2010-cu ildə  QSC-nin istehsalat sahələrinin 512 nöqtəsindən  1 250 nümunə götürmüş və nümunələr üzərində 4 120  təhlil aparılmışdır.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamenti  müasir metodlar, cihaz və avadanlıqlar tətbiq etməklə, ekoloji monitorinq  və laboratoriya  tədqiqat işlərinin daha da keyfiyyətlə və dünya standartları səviyyəsində  yerinə yetirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini davam etdirir.

 
 
 
 
 

tarix : 06.01.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.