ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Elektromexanika sexi iş rejiminin fasiləsizliyinə xidmət edir

      “Ekol Mühəndislik Xidmətləri”  QSC-də sənaye çirkab sularının təmizlənməsinin, neftşlamın emalı və zərərsizləşdirilməsinin, eləcə də parafinin təmizlənməsinin kəmiyyət və keyfiyyət göstəriciləri  istifadə etdiyi mexaniki və avtomatlaşdırılmış qurğuların, mexanizmlərin fasiləsiz və saz vəziyyətdə işləməsindən xeyli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və mexanizmlərin fasiləsiz iş rejiminin təmin olunması üçün Elektromexanika sexinin kollektivi  təmir, texniki nəzarət və profilaktika işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsini  peşəkarlıqla həyata keçirirlər.

      2010-cu ildə də Elektromexanika sexinin kollektivi mütəmadi olaraq QSC-nin istehsalat sahələrində kompleks tədbirlər həyata keçirmiş, təmizləyici, ötürücü və emal qurğularında cari və əsaslı təmir işlərinin aparılmasını və əlavə kommunikasiya xətlərinin çəkilişlərini  keyfiyyətlə yerinə yetirmişlər.   Qışa hazırlıq Tədbirlər Planı ilə əlaqədar QSC-nin istilik sistemlərində və elektrik təsərrüfatında təmir və profilaktika işləri  vaxtında görülüb başa çatdırılmışdır.   

    Ötən il QSC-nin “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi ekoloji layihələrlə əlaqədar olaraq, Elektromexanika sexi layihə sahələrində də təmir quraşdırma işlərini layiqincə yerinə yetirmişdir. “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində istismarda olan  2 ədəd “Börger” nasoslarında təmir işləri aparılmış, Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisindəki layihə sahəsinin çəpərlənməsi üçün 765 ədəd 1.8 X 1.6 ölçüdə çərçivələr və dayaqlar, eləcə də Böyük-Şor  sahəsinə çəkilən  35 ədəd  12 metrlik plastik borular üçün  fləns birləşmələri hazırlanaraq yerində quraşdırılmışdır.

    Texnoloji proseslərin təkmilləşdirilməsi, sənaye çirkab sularının operativ qəbulu və ötürülməsi məqsədilə, QSC 2010-cu ilin dekabr ayında mühərrikinin gücü 110 kv, 1750 dövrlü  Rusiya istehsalı olan 5 ədəd VAO-8280 tipli (2D 2000-21 AYXL) nasoslar almışdır. Elektromexanika sexi ötən ay həmin nasoslardan birini Tullantıların emalı departamentinin 6-ci sahəsində (H.Əliyev adına BNEZ-nun 9-cu sexi) quraşdırmış, ikincisi isə 7-ci sahənin (“Azərneftyağ” NEZ) ərazisində quraşdırılaraq istismara verilmişdir. Digər nasosların istehsalat sahələrində quraşdırılıb istismara verilməsi üçün hazırlıq işləri görülür.

    QSC-nin Elektromexanika sexi  istehsalatda   texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi məqsədilə məqsədli tədbirlərin görülməsi istiqamətində fəaliyyətini davam etdirir.
 

tarix : 14.01.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.