ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin istehsalat sahələrində texniki təhlükəsizlik qaydalarına əməl olunması diqqət mərkəzindədir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində  texniki təhlükəsizliyin təmin olunması və qəza hallarının baş verməməsi üçün mütəmadi olaraq  məqsədyönlü tədbirlər həyata keçirilir, işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizəsi üzrə biliklərinin artırılması  istiqamətində mühüm işlər görülür.

     Bu tədbirlərin davamı olaraq, QSC-nin Texniki təhlükəsizlik şöbəsi 14-19.01.2011-ci il tarixlərində Elektromexanika sexinin, İnzibati təsərrüfat şöbəsinin, Nəqliyyat sexinin, Tullantıların emalı departamentinin 6-cı, 7-ci və  8-ci sahələrinin işçilərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Hissəsinin Neftayırma Müəssisələri Üzrə Yanğından Mühafizə Dəstəsinin təsdiq etdiyi dərs qrafikinə uyğun olaraq  növbəti nəzəri və praktiki məşğələlər keçirmişdir.

    Nəzəri və praktiki məşğələlərdə işçilərə yanğın zamanı ilkin yanğınsöndürmə vasitələrindən və yarımavtomatik köpüklə yanğınsöndürmə sistemindən istifadə qaydaları öyrədilmiş və praktik olaraq nümayiş etdirilmişdir.

    Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  DYMX-nin NM üzrə YMD –nin 18 saylı YMH-nin inspektoru D/X kapitanı R.Şeyxzadə və 13 saylı YMH-nin baş inspektoru D/X mayoru Ş.Abdıyev iştirak etmişlər.

    QSC-nin Texniki təhlükəsizlik şöbəsi istehsalat sahələrində texniki təhlükəsizlik tədbirlərini davam etdirir.
 
 
 

tarix : 24.01.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.