ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“AAS – EKOL ” MMC-nin fəaliyyət sahələri genişlənir

      Artıq neft sənayesi sahələrində tullantıların idarə olunması və önəmli ekoloji layihələrin həyata keçirilməsi sahəsində özünü təsdiq etmiş “Ekol Mühəndislik Xidmətləri” QSC respublikamızda fəaliyyət göstərən xarici şirkətlərin, xüsusən BP Exploration ( Caspian Sea )” LTD-nin  tələblərinə cavab verən  bir şirkət kimi qəbul olunmuş və 2007-ci ildən başlayaraq bu şirkətlərlə əməkdaşlıq münasibətləri yaradılmışdır.

     2009-cu ildə isə, BP Exploration ( Caspian Sea )” LTD-nin “Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi” layihəsi üzrə  keçirdiyi tenderdə “Ekol Mühəndislik Xidmətləri” QSC, respublikamızda fəaliyyət göstərən  Hollandiyanın  “AA Servicess” şirkəti ilə birlikdə iştirak etmiş və bu tenderin qalibi olmuşlar. Razılığa əsasən hər iki şirkətin təsisçiliyi ilə “AAS-EKOL” MMC yaradılmış və 01.02.2010-cu il tarixdən dövlət qeydiyyatından keçmişdir.

      Bir il ərzində  “AAS-EKOL” MMC  “BP Exploration ( Caspian Sea)” LTD ilə tullantıların idarə olunması sahəsində bir neçə layihənin həyata keçirilməsini reallaşdırmış, təsisçilərin investisiyası hesabına özünün maddi texniki bazasını, kadr potensialını formalaşdırmış və fəaliyyət sahələrini xeyli genişləndirmişdir.

      MMC 2010-cu ildə  “Total” şirkətinin “qazma şlamın bioremediasiyası” üzrə keçirdiyi tenderdə iştirak etmiş və bu tenderin qalibi olmuşdur. Bu layihədə “Total” şirkətinin açıq dənizdə apardığı qazma işləri zamanı formalaşan 3.3 min tona qədər qazma şlamının  bioremediasiyası nəzərdə tutulmuşdur. Layihənin icrasına fevralın  ayında başlanılması planlaşdırılmışdır.

     Bununla əlaqədar olaraq, görülmüş hazırlıq işləri ilə yerində tanış olmaq məqsədilə yanvarın 21-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumu işlər üzrə müavini İsrafil Əliyev, “AA Servicess” şirkətinin icraçı direktoru Arnoud Qovart, “AAS-EKOL” MMC-nin direktoru Vaqif  Əmrahov, direktorun müavini Məlahət Useynova, iş icraçıları və mütəxəssislər “AA Servicess” şirkətinin Qaradağ rayonunun “Qızıl daş” ərazisindəki poliqonunda olmuşlar.

     QSC-nin rəhbərliyi poliqonun ərazisi, bioremediasiya sahəsi, yeni alınmış qurğu və avadanlıqlarla yaxından tanış olmuşlar. Poliqonda qazma şlamının daşınmasının və tutumlara boşaldılmasının sınağı şərti olaraq nümayiş etdirilmişdir. QSC-nin rəhbərliyinə məlumat verilmişdir ki, qazma şlamı “Total” şirkəti tərəfindən xüsusi  konteynerlər və gəmilərlə sahilə, oradan isə nəqliyyat vasitələri ilə poliqona daşınacaqdır. Konteynerlər operativ olaraq müvəqqəti tutumlara boşaldıqdan sonra  yuyularaq növbəti daşınmalar üçün “Sifarişçi”yə təhvil veriləcəkdir. Sonrakı mərhələdə şlam tutumlardan sahəyə daşınaraq bioremediasiya prosesinə başlanılacaqdır.

     Görüş zamanı “AAS-EKOL” MMC-nin təsisçiləri layihənin icrası ilə bağlı  məsələləri operativ müzakirə etmiş, QSC-nin baş direktoru Ramil Əliyev aparılan hazırlıq işləri ilə əlaqədar öz tövsiyə və tapşırıqlarını vermişdir.

 
 
 
 
 

tarix : 25.01.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.