ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin İnzibati təsərrüfat şöbəsi 2010-cu ildə qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlmişdir

      İstehsalat sahələrində cari təmir, abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması, eləcə də müəssisədə çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması QSC-nin ümumi fəaliyyət sahələrindən olmaqla, əsas ekoloji layihələrin həyata keçirilməsində də önəmli əhəmiyyət kəsb edir. Bu işləri isə  kollektivində müxtəlif peşə sahiblərini birləşdirən İnzibati təsərrüfat şöbəsi (İTŞ)  həyata keçirir.  

      Əvvəlki illərdə olduğu kimi, ötən il də İTŞ-nin kollektivi istehsalat  sahələrində xeyli təmir, abadlaşdırma və yaşıllaşdırma işlərini yüksək keyfiyyətlə və vaxtında yerinə yetirmişdir. 2010-cu ildə QSC-nin baş ofisində müvafiq təmir-quraşdırma işləri aparılmış, yeni yeməkxana istifadəyə verilmiş və inzibati binanın dam örtüyündə cari təmir işləri görülmüşdür.

    Ötən il İTŞ-nin gördüyü məqsədyönlü tədbirlər nəticəsində QSC-nin     O.Vəliyev 1 ( H.Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) ünvanda yerləşən istehsalat sahələrində, məişət və inzibati binalarında da  təmir və abadlaşdırma işləri aparılmışdır. Belə ki, yeni qazanxananın tikintisi başa çatdırılmış, istismarda olan qazanxanada, inzibati binada, məişət otaqlarında, yeməkxanada,  Parafin təmizləmə və Mexaniki  sexlərdə cari təmir işləri yüksək keyfiyyətlə yerinə yetirilmiş, nasosxananın dam örtüyü dəyişdirilmişdir. Hövsan yolu, Zığ qəsəbəsindəki A-4 qeyri yaşayış sahəsinin inzibati binasında, yaşıllaşdırma sahəsinin xidmət məntəqəsində də zəruri təmir və abadlaşdırma işləri aparılmış, yaxınlıqdan keçən kanalın üzərindən körpü salınmış və sahə daimi su xətti ilə təchiz edilmişdir. Ərazidəki yaşıllıqlara qulluq göstərilməsi yüksək səviyyədə təşkil olunmuşdur.

     QSC-nin  “Qışa Hazırlıq Tədbirlər Planı”na uyğun olaraq, İTŞ istehsalat sahələrində, inzibati və məişət binalardakı istilik sistemlərində təmir və sınaq işlərini də vaxtında yerinə yetirmişdir.

     Yola saldığımız 2010-cu ildə İTŞ-nin əsas fəaliyyətlərindən biri də istehsalat sahələrinin yaşıllaşdırılması olmuşdur. Ötən il şöbənin əməkçiləri  A-4 qeyri yaşayış sahəsinin ərazisində 3 500 ədəd müxtəlif ağac növləri, 1000 ədəddən çox bəzək, 2 500 ədəd  gül kolları, 2 500 m2 sahədə isə qazon əkilməsinə və əkin sahələrinin avtomatlaşdırılmış suvarma sistemi ilə təmin edilməsinə nail olmuşlar. O.Vəliyev 1 ünvandakı istehsalat sahələrində də yeni yaşıllıqlar salınmış, əlavə çiləyicilər quraşdırılmışdır.

     İTŞ-nin kollektivi QSC-nin “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi  layihələrdə də yaxından iştirak etmişdir. Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala qəsəbəsi) ərazinin çəpərlənməsində, bioremediasiya  sahəsinin hasarlanmasında cari təsərrüfat işlərinin yerinə yetirilməsində, ağacların əkilməsi və suvarılmasında, eləcə də “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi) layihə sahəsində 9 min ədəd ağacın əkilməsində İTŞ-nin kollektivinin  böyük əməyi olmuşdur.

 
 
 
 
 
 

tarix : 31.01.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.