ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti KİV-nin diqqət mərkəzindədir

      2010-cu il Azərbaycanın  müasir tarixində  bir  çox əlamətdar hadisələrlə yadda qaldı.  Ekologiyanın, ətraf mühitin  qorunması istiqamətində də çox mühüm  hadisələr baş verdi. Ən əsası, ölkə başçısı  İlham Əliyev cənablarının  Fərmanı ilə “Ekologiya ili” elan olunması nəticəsində, ötən il ətraf mühit  problemlərinin  həlli sahəsində həyata keçirilən böyük layihələrlə tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması  istiqamətində geniş  miqyaslı dövlət proqramları, iri  maliyyə tutumlu layihələr həyata keçirilməyə başlandı.

      Bütün bu hadisələr fonunda “Ekol Mühəndislik Xidmətləri” QSC-də 2010-cu ildə, “Ekologiya ili” çərçivəsində respublikamızın ərazisində, xüsusilə Abşeron yarımadasında  ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində bir sıra uğurlu prioritet layihələr həyata keçirmiş və ətraf mühitin mühafizəsinə öz layiqli töhfəsini vermişdir. QSC-nin  bu fəaliyyəti hər zaman olduğu kimi ötən il də respublikamızın KİV-nin diqqət mərkəzində olmuşdur.

    2010-cu ildə QSC-nin həyata keçirdiyi aktual ekoloji layihələr barədə “İki sahil” qəzetində 24, “Respublika” qəzetində 9, “Xalq” qəzetində 1, “Caspian Energy” jurnalında 3, “Business Time” jurnalında 2, “Contact” jurnalında 1, “Consaltinq and Business” jurnalında 1 və “İmpact Azerbaijan” jurnalında 1 məqalə dərc edilmişdir.

    Ötən il  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  www. ekol.az rəsmi saytında  QSC-nin fəaliyyət sahələrini əhatə edən 126-dan çox informasiya yerləşdirilmişdir. Prioritet fəaliyyət sahələri haqqında informasiyalar  1NEWS.az,  Azər Tac, Trend.az, www.oil-exchange.com və digər rəsmi internet saytlarında da öz əksini tapmışdır.

     İl ərzində, respublikamızın AzTV, ANS, “Xəzər TV” və ATV kanallarında    QSC-nin fəaliyyət sahələrini əks etdirən animasiya filmləri və video çarxlar mütəmadi olaraq nümayiş etdirilmişdir.

    2010-cu ildə fəaliyyəti  KİV tərəfindən yüksək qiymətləndirilən “Ekol Mühəndislik Xidmətləri” QSC, “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi aktual ekoloji layihələrə, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə, “İlin Ekologiya Şirkəti” nominasiyası üzrə “Caspian Energy Award -2010” mükafatına,  2010-cu ildə aktual ekoloji layihələrə və iqtisadi səmərəli fəaliyyətinə görə isə,  “BUSINESS TIME” jurnalının  ekologiya sahəsində “İlin Şirkəti” nominasiyası üzrə  “AZERI BUSINESS AWARD” mükafatına layiq görülmüşdür.

    “Ekol Mühəndislik Xidmətləri” QSC ictimai əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

     

 
 

tarix : 07.02.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.