ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC ARDNŞ-nin strukturlarının və digər təşkilatların ekoloji normativ-texniki sənədlərinin işlənib hazırlanmasını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir
     Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respubli­kasının qanunları, həmçinin Azərbaycan Res­publikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edil­miş, “Azərbaycan  Respublikasında Ekoloji Vəziyyətin Yaxşılaşdırılmasına Dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” müstəsna rol oynayır.

Bu mühüm dövlət sənədlərinin icrasından irəli gələn tələblərin həyata keçirilməsi məqsədilə, əvvəlki illərdə olduğu kimi 2011-ci il və sonrakı illərdə də digər normativ hüquqi aktlardan irəli gələn tələblərə əsasən hər bir sənaye müəssisəsi üçün ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması olduqca vacibdir.

Ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanmasında əsas məqsəd, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli is­tifadə, müəssisələrin təsərrüfat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsini təmin edən norma və qaydaların tətbiqi, onlara nəzarətin həyata keçirilməsi, zəruri hallarda operativ qərarların qəbul edilməsi və ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətin idarə edilməsi işinin yaxşılaşdırılması üçün ekoloji normativ-texniki bazanın yaradılmasıdır.

Respublikamızda mühüm ekoloji layihələri həyata keçirməklə yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji normativ-texniki sənədlərin yüksək səviyyədə işlənib hazırlanmasında da özünü təsdiq etmişdir. QSC-nin Ekoloji monitorinq departamentinin (EMD) Normativ-texniki sənədlərlə iş şöbəsi tərəfindən 2010-cu  ildə ARDNŞ-nin tabeliyində olan idarə və müəssisələr üçün 5 ədəd Ekoloji Pasport, 4 ədəd Su Təsərrüfatı Pasportu, 5 ədəd Yol Verilən Tul­lantı Həddi Normativləri layihəsi, 2 ədəd Yol Verilən Axıntı Həddi Norma­tivləri layihəsi, 2 ədəd Tullantı Mənbələrinin İnventarlaşdırılması sənədləri ol­maq­la, 18 ədəd ekoloji normativ-texniki sənəd işlənib hazırlanmış, sənəd­lər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və “Azərsu” ASC Bakı Kanalizasiya Xidməti İdarəsi ilə razılaşdırılaraq “Sifa­rişçi”lərə təhvil verilmişdir.

Ötən il EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi “AzGerneft” MMC üçün də Ekoloji Pasportu, Yol Verilən Tullantı Həddi Norma­tivləri Layihəsini və Yol Verilən Axıntı Həddi Norma­tivləri Layihəsini işləyib hazırlamış və müvafiq qaydada təsdiq olunaraq “Sifarişçi”yə təqdim edilmişdir.

Ekoloji normativ-texniki sənədlərin müasir standartlar səviyyəsində işlənib hazırlanması üçün EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi lazımi avadanlıqlarla və peşəkar kadrlarla təmin olunmuş, müasir iş şəraiti yaradılmışdır. Şöbədə normativ-texniki sənədlər mövcud qanunvericilik, standartlar, rəhbər və normativ-texniki sənədlər, metodiki göstərişlər və tövsiyələr nəzərə alınmaqla, müəssisənin istehsal xarakterindən asılı olaraq xüsusi tərtibat və dizaynla işlənib hazırlanır.

"Ekol Mühəndislik Xidmətləri" QSC digər sahələrdə olduğu kimi, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması sahəsində də ARDNŞ-nin strukturlarının və digər təşkilatların sifarişlərini vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini davam etdirir.
 
 
 
 
 

tarix : 14.02.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.