ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ-nin istehsalat sahələrində salınmış yaşıllıqlara aqrotexniki xidmətin göstərilməsi QSC-nin fəaliyyətinin əsas istiqamətlərindəndir

   Azərbaycan respublikası Prezidentinin son illər ekoloji  təhlükəsizliyin təmin olunması istiqamətində qəbul etdiyi qərarlar, 2010-cu ilin “Ekologiya ili” elan olunması və Abşeron yarımadası ərazisində  3 milyon ağacın əkilməsi çağırışı ilə əlaqədar, ARDNŞ-nin neft-qaz sənayesi sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində uğurlu nailiyyətlər əldə edilmişdir.

    Ötən il ARDNŞ-nin çoxsaylı kollektivi tərəfindən  fəaliyyət sahələrində  yaşıllaşdırma  işləri istiqamətində mütəmadi olaraq geniş miqyaslı iməciliklər, ağacəkmə kompaniyaları  həyata keçirilmiş, reabilitasiya olunmuş mədən ərazilərində,  istehsalat sahələrində, inzibati binaların ətrafında və digər ərazilərdə xeyli sayda müxtəlif növ ağac və dekorativ gül kolları əkilmişdir. İl ərzində  salınmış yaşıllıqlara  müvafiq aqrotexniki xidmətlər göstərilmişdir.

   Bütün bu tədbirlərin fəal iştirakçısı olan “Ekol Mühəndislik Xidmətləri”      QSC-nin  ekoloji layihələrinin prioritet istiqamətlərindən biri də, neft və neft məhsulları ilə  çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, eləcə də bitkilərə aqrotexniki xidmətlərin göstərilməsidir.

    2010-cu ildə, QSC “Ekologiya ili” çərçivəsində “Azneft” İB ilə birgə  Z.Tağıyev adına NQÇİ-nin, “Siyəzənneft” NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin  və “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların təmizlənməsi və landşaftın bərpası sahəsində uğurlu layihələr həyata keçirmişlər. Layihələri icra edən QSC-nin Torpaqların rekultivasiyası departamenti sonrakı mərhələdə, reabilitasiya olunmuş  layihə ərazilərində yaşıllaşdırma tədbirlərini də yerinə yetirmişdir. Ötən il Z.Tağıyev adına NQÇİ-nin  təmizlənmiş mədən ərazisində QSC tərəfindən 5 200 ədəd müxtəlif növ ağac, 10 min  ədəd bəzək və gül  kolları, NQÇİ  tərəfindən isə 3 920 ədəd  müxtəlif növ ağac əkilmişdir.  Bu işlər müvafiq olaraq “Abşeronneft” NQÇİ-də də davam etdirilərək təmizlənmiş mədən ərazilərində QSC tərəfindən  8 935 ədəd, NQÇİ tərəfindən isə 2 115 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

     Bununla yanaşı, ADDNŞ-nin bir çox fəaliyyət sahələrdə əkilmiş ağaclara aqrotexniki xidmət göstərilməsi də “Ekol Mühəndislik Xidmətləri”  QSC-nə həvalə edilmişdir. Hazırda, kollektivi əsasən peşəkar aqronomlardan, bağbanlardan və mütəxəssislərdən ibarət olan  QSC-nin Torpaqların rekultivasiyası departamentinin  3-cü sahəsi (yaşıllaşdırma üzrə)  müqaviləyə əsasən,  Qaradağ Qaz Emalı Zavodunun istehsalat sahələrindəki  9 100 ədəd,  “Azneft” İB-nin  “Bibiheybətneft”    NQÇİ-nin mədən ərazisindəki 47 500 ədəd, Z.Tağıyev adına NQÇİ-nin  mədən ərazisindəki  19 120 ədəd və “Abşeronneft” NQÇİ-nin  mədən  ərazisindəki  11 050 ədəd (ümumilikdə 86 770 ədəd ) müxtəlif  növ ağac, bəzək  və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmət göstərir. Yaşıllıqların suvarılmasında damcı və çiləmə üsullarından geniş istifadə olunur ki,  bu da öz səmərəsini verməkdədir.

   “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin fəaliyyət sahələrində yaşıllıqların salınması və yüksək səviyyədə aqrotexniki xidmətlərin  göstərilməsi istiqamətində tədbirlərini davam etdirir. 

 
 
 
 
 

                        

tarix : 17.02.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.