ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri”QSC-nin baş ofisində “Alfa-Laval “şirkətinin Türkiyə nümayəndəliyinin mütəxəssisləri ilə ğörüş keçirilmişdir
   “Ekol Mühəndislik Xidmətləri” QSC texnoloji proseslərin təkmilləşdirilməsi, zərərli tullantıların ətraf mühitə təsirinin minimuma endirilməsi və səmərəliliyin artırılması məqsədilə, dünyanın qabaqcıl texnika və texnologiyalarını istehsalata tətbiq edilməsi və bu sahədə tanınmış şirkətlərlə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi sahəsində ardıcıl  tədbirlər həyata keçirir.

    QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki önəmli tədbirlərdən biri də neftin hasilatı və emalı proseslərində formalaşan və ətraf mühitin çirklənməsində əsas  mənbələrdən olan  neftşlamın  müasir texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsidir.

     Bununla əlaqədar olaraq, QSC 2008-ci ildə İsveçin “Alfa-Laval” şirkətinin şlam emal edən 2 ədəd, məhsuldarlığı 30 m3/saat olan  2 fazalı dekantor qurğusu almışdır. Bu qurğulardan biri QSC-nin  xidmət göstərdiyi  Heydər Əliyev adına BNEZ-nun, digəri isə  “Azərneftyağ” NEZ-nun  ərazisində “Alfa-Laval” şirkətinin Türkiyə nümayəndəliyinin mütəxəssisləri tərəfindən quraşdırılaraq istismara verilmişdir.

     Bu qurğuların istehsalata tətbiqi öz səmərəsini vermiş, atmosferə atılan zərərli maddələrin qarşısı xeyli dərəcədə alınmışdır. Qurğuların məhsuldar rejimdə işləməsi və yerli şəraitə uyğun təkmilləşdirilməsi məqsədilə, Türkiyəli mütəxəssislərlə mütəmadi olaraq məsləhətləşmələr aparılmış və qurğuların tam gücü ilə işləməsi təmin olunmuşdur.

     QSC-nin  baş ofisində Türkiyə mütəxəssisləri ilə növbəti işgüzar görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktor Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyevlə, “Alfa-Laval” şirkətinin Türkiyə nümayəndəliyinin  texniki müdiri Tamer Gürsoytrak,  baş satış mühəndisi Murat Yıldırım, satış mühəndisi Doğa Ersoy və “Alfa-Laval” şirkətinin  Azərbaycan nümayəndəliyinin əməkdaşı Azər Əkbərzadə iştirak etmişlər.

     Çörüşdə şirkətlər arasındakı əməkdaşlıq münasibətləri, “Alfa-Laval” şirkətinin 2 fazalı dekantor qurğusunun  QSC-nin istehsalat sahələrinə tətbiq edildikdən sonra əldə edilən nəticələr və texniki məsələlər  müzakirə  olunmuşdur. Baş direktor Ramil Əliyev bu qurğuların istehsala tətbiqi ilə, Heydər Əliyev adına BNEZ-nu və “Azərneftyağ” NEZ-nin  istehsalat sahələrimdə uzun illər yığılıb qalmış neftşlamın emalı və zərərsizləşdirilməsi sahəsində uğurlu və səmərəli nəticələrin əldə edilməsi  barədə qonaqlara geniş məlumat vermişdir.

    İştirakçılar bu görüşdən məmnun qaldıqlarını, belə  işgüzar  görüşlərin mütəmadi keçirilməsinin  tərəflər üçün səmərəli olduğunu və gələcək əməkdaşlıq münasibətlərinə  zəmin yaratdığını xüsusilə vurğulamışlar.

     Türkiyəli mütəxəssislər  QSC-nin istehsalat sahələrində də olmuş, “Alfa-Laval” şirkətinin 2 fazalı dekantor qurğularının iş rejimi və məhsuldarlığı ilə yaxından tanış olmuş, qurğuların texniki şərtlərə uyğun və səmərəli istifadə olunmasından razı qaldıqlarını bildirmişlər.

 
 
 
 
 


                       

tarix : 21.02.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.