ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 2011-ci ildə yeni layihələrin icrasına başlayacaqdır
   “Ekol  Mühəndislik  Xidmətləri” QSC  2011-ci ildə bir sıra ekoloji layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr sırasında Azneft” İB-nin “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən sahəsində həyata keçiriləcək rekultivasiya və bioremediasiya layihəsi ərazinin yaşayış məntəqələri ilə əhatə olunması baxımından xüsusilə əhəmiyyətlidir. Layihəyə “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən ərazisindəki  23.7  hektar neftlə çirklənmiş  sahələr daxildir.

    Layihənin ilkin mərhələsində QSC-nin Ekoloji monitorinq departamentinin Səyyar monitorinq xidməti tərəfindən ərazidə kompleks ekoloji monitorinq işləri aparılmış, neftlə çirklənmiş sahələrin parametrləri müəyyənləşdirilmiş, çirklənmənin dərinlik üzrə hopma intervalları təyin olunmuş, ərazidə formalaşmış neftşlamın və gölməçələrdə olan suların ümumi həcmi dəqiqləşdirilmişdir.

      Aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, ərazidə 124,9 min m3 -dən çox müxtəlif dərəcəli çirklənmə parametrlərinə malik neftşlam, 70,3 min m3 -dən çox mədən axıntı suları mövcuddur. Mədən axıntı sularının çoxu mədəndaxili ərazidəki süni gölməcələrdə atılmış vəziyyətdə qalmışdır. Çirklənmə parametrlərindən asılı olaraq 98,7 min m3 neftşlamın bioremediasiya sahəsinə daşınaraq utilizasiya olunması nəzərdə tutulmuşdur.

      Layihənin tələblərinə uyğun olaraq,  eyni zamanda ərazinin antropogen təsir dərəcəsi öyrənilmiş, təbii landşaftın bərpasının optimal variantları  təhlili edilmişdir. Müəyyən edilmişdir ki, ərazidə uzunmüddətli neft hasilatı təbii landşaftın ilkin görkəmini tamamilə dəyişdirmişdir. Ləğv olunmuş özüllərin geniş sahələri tutması və keçən əsrin əvvəllərində qazılmış, atılmış vəziyyətdə qalmış şaxta quyuları mürəkkəb ərazi diferensasiyası yaratmışdır.

      Aparılmış  ekoloji monitorinqin nəticələri geniş hesabat şəklində tərtib olunaraq layihə hazırlanması üçün müvafiq təşkilata təqdim edilmişdir. Ekoloji Monitorinq Departamenti tərəfindən hazırlanmış kompleks hesabatda, ərazinin çirklənmə sahələri ayrı-ayrılıqda təhlil edilərək koordinat şəbəkəsinə daxil edilmişdir.Hesabatda 21 nöqtədən götürülmüş neftşlam nümunələrinin laboratoriya təhlilləri və dərinlik intervalları üzrə karbohidrogenlərlə çirklənmələrinin dəyişmə dinamikası da verilmişdir.

      Həyata keçiriləcək bu ekoloji layihə, ərazidəki yaşayış məntəqələrini çirklənmə mənbəələrindən azad etməklə yanaşı, ətraf  ərazilərin ekoloji vəziyyətinin  yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərəcəkdir.

 


 
 
 



                       

tarix : 24.02.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.