ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Ekoloji monitorinq departamentinin Kompleks tədqiqatlar laboratoriyasının ( KTL) maddi-texniki bazası gücləndirilir
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ekoloji layihələrinin uğurla  həyata keçirilməsi, xeyli dərəcədə ekoloji monitorinq işlərinin keyfiyyətlə yerinə yetirilməsindən və nəticələrin analitik təhlillərinin  müasir standartlara uyğun aparılmasından asılıdır. Bununla əlaqədar olaraq, Ekoloji monitorinq departamentinin və departamentin KTL-nın kadr potensialının və maddi texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir.

     2007-ci ildən etibarən Milli Sertifikatlaşma Sistemində akkreditasiyadan keçmiş və  öz fəaliyyətində İSO 14001 standartlarının  tələblərinə ciddi əməl etməklə,  KTL QSC-nin və “Sifarişçi” təşkilatların istehsalat sahələrindən götürülmüş  dəniz suyu, neftşlam, torpaq, sənaye-tullantı suları və s. nümunələrin analitik təhlillərini aparır.  Tədqiqat işləri müxtəlif  spektr və xarakterli olmaqla, nümunələrdə fiziki-kimyəvi göstəricilər, biogen maddələr, sintetik səthi aktiv maddələr, neft məhsulları, ümumi karbohidrogenlərin miqdarı, fenollar, oksigenə kimyəvi və bioloji  tələbat, ağır metallar və s. inqredientlər  təyin olunur. KTL-da həmçinin , neftlə çirklənmiş ərazilərin  bioremediasiyasının  daha effektiv getməsi üçün  təklif olunan  müxtəlif biopereparatlar üzərində laborator sınaq təcrübələri aparılır.
    Maddi-texniki bazanın daha da gücləndirilməsi və tədqiqat işlərinin  müasir standartlarla aparılması məqsədilə,  2010-cu ildə KTL pH-ın, ammonium ionlarının, duzluluğun və bərk hissəciklərin təyini üçün Hanna portativ analizatorları, neft məhsullarının təyini üçün  AN-2 neft analizatoru, torpağın qranulometrik analizi üçün  ələk dəsti və vibrator,  “Siqma” sentrafuqası,  titrəyici masa, quruducu şkaf, distillə aparatı və məsafədən nümunə götürən  “Ştanqa-4.5”  cihaz və avadanlıqları ilə təchiz edilmişdir. Yeni cihaz və avadanlıqların  istismara  verilməsi nəticəsində  KTL- nın  iş şəraiti xeyli yaxşılaşdırılmış, tədqiqat işlərinin operativ və keyfiyyətlə aparılması təmin olunmuşdur.
    KTL-nın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

 



tarix : 02.03.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.