ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunmuşdur

   Beynəlxalq Mülki Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada mart ayının ilk günü “Ümumdünya Mülki Müdafiə Günü“ qeyd olunur. Təşkilata üzv olan Azərbaycan Respublikasında da bu əlamətdar gün münasibətilə müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir.

    01.03.2011-ci il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-də də 1 Mart Ümumdünya  Mülki Müdafiə Günü qeyd olunmuşdur. Nizami rayonu Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin  təsdiq etdiyi tədbirlər planına uyğun olaraq QSC-nin  bütün istehsalat sahələrində ÜMM günü ilə əlaqədar xəbərdarlıq rabitə vasitələri ilə çatdırılmış,  foto sərgilər təşkil olunmuş və MM manqaları ilə birgə toplantılar keçirilmişdir.

    Toplantılarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  Mülki Müdafiə Baş İdarəsinin  təsdiq etdiyi “Mülki Müdafiədə Qadınların rolu”  mövzusunda mühazirələr oxunmuş və müzakirələr aparılmışdır. MM Qərargahının rəisi S.Veysəlov, Manqa komandirləri və başqaları öz çıxışlarında Sanitar məntəqəsində, eləcə də Rabitə-Xəbərdarlıq manqasında qadınların  rolundan ətraflı danışmış və onlara bu işlərdə daha da məsuliyyətli olmalarını tövsiyə etmişlər.

   Tədbirin  sonunda Mülki Müdafiə Qərargah rəisi Səbuhi Veysəlov  qarşıda duran vəzifələr və onların yerinə yetirilməsi yolları barədə geniş məlumat vermişdir.

 
 
 

tarix : 04.03.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.