ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC -də 8 mart beynəlxalq qadınlar günü ilə əlaqədar tədbirlər keçirilmişdir

  8-Mart iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların  beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün  bayram edilməsi K.Setkinin  təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında Kopenhagendə qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiya 1913-cü ildə Azərbaycanda isə 1917-ci ildə qeyd  edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilmişdir.

     Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan Rusiya,  ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən  sonra ənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən  keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.

     Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla,  hər il  respublikamızda təntənə ilə qeyd edilir.

    Martın 7-də hər il olduğu kimi “Ekol  Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və istehsalat sahələrində də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. QSC-nin rəhbərliyi bayram münasibətilə  müəssisədə çalışan qadınları təbrik etmiş, müasir həyatımızda, dövlət quruculuğunda və ölkəmizin  iqtisadi inkişafında qadınların rolu xüsusilə qeyd olunmuşdur.

   Tədbirdə çıxış edənlər QSC-nin kollektivinin 25%-ni təşkil edən qadınların əməyini yüksək qiymətləndirmiş, onlara can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulamışlar.

   Sonda QSC-nin rəhbərliyi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və pul mükafatı təqdim olunmuşdur.

      
 
 

tarix : 07.03.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.