ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri “ QSC yeni layihələrin icrasına başlayıb

    ARDNŞ nin həyata keçirdiyi ekoloji  layihələr ötən il, “Ekologiya ili” çərçivəsində daha geniş vüsət almış, xüsusən NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların təmizlənməsi və yaşıllıqların salınması istiqamətində geniş miqyaslı tədbirlər görülmüşdür.  Bu tədbirlərin  həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC-də yaxından iştirak etmiş, ”Azneft” İB-nin “Abşeronneft”, “Siyəzənneft”, “Balaxanıneft” və Z.Tağıyev adına Neftqazçıxarma İdarələrinin mədən ərazilərində çirklənmiş torpaqların təmizlənməsi və yaşıllıqların salınması layihələrini uğurla başa çatdırmışdır.

     Dövlət Neft Şirkəti 2011-ci ildə də  NQÇİ-nin  mədən ərazilərində uzun illər yığılıb qalmış ekoloji problemlərin həll olunması istiqamətində təxirəsalınmaz  tədbirlərin  görülməsinə başlamışdır. Tədbirlər planına “Balaxanıneft” NQÇİ-nin  və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərində neftşlamın bioremediasiyası və Qala gölünün ətrafının neftşlamdan təmizlənməsi kimi prioritet layihələrdə daxildir. Bu layihələrin icrası isə “Ekol  Mühəndislik  Xidmətləri” QSC-nə həvalə edilmiş və artıq bu layihələr üzrə işlərə start verilmişdir.

     Azneft” İB-nin “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən sahəsində QSC-nin həyata keçirdiyi rekultivasiya və bioremediasiya layihəsinin  ərazisi 28 ha, çirklənmiş ərazilər isə 23.7 ha təşkil edir. Monitorinq nəticəsində layihə ərazisində 124.997 m3 neftşlam müəyyən edilmişdir ki, bunun da 98.748 m3-nin biremediasiya olunması,26.249 m3-nin isə anbarlaşdırılması nəzərdə tutulmuşdur. Bioremediasiya prosesləri 3 sahədə ( 16 ha, 8 ha, 4 ha) aparılacaqdır. Artıq 1-ci bioremediasiya sahəsi (16 ha)  hazırlanmış və şlamın daşınmasına başlanılmışdır.

    QSC-nin icrasına başladığı ikinci layihə isə Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində neftşlamın bioremediasiya edilməsidir. Bu layihə ərazisinin ümumi sahəsi 6 ha, çirklənmiş ərazilər 1 ha, neftşlamın miqdarı 17.250 m3 təşkil edir. Neftşlamın bioremediasiyasının 5 ha ərazidə aparılması planlaşdırılmışdır. Hazırda layihə üzrə  neftşlamın bioremediasiya sahəsinə daşınması işləri yerinə yetirilir.  Qala gölünün ətrafının neftşlamdan təmizlənməsi  layihəsi ilə əlaqədar neftşlamın ərazidən  daşınmasına da start vermişdir.

   “Ekol Mühəndislik Xidmətləri” QSC 2011-ci ildə icraatında olan ekoloji layihələrin yüksək keyfiyyətlə və nəzərdə tutulmuş müddətdə həyata keçirilməsi məqsədilə,  həmin sahələrə lazım olan  xüsusi texnika və işçi qüvvəsini cəlb etmiş, təcrübəli mütəxəssislər layihə rəhbərləri təyin edilmişlər.

 

 
 

tarix : 11.03.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.