ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri QSC-nin xarici əlaqələri genişlənir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  günü-gündən inkişaf etməsi, həyata keçirdiyi prioritet ekoloji layihələr və nanotexnologiyaların istehsalata tətbiqi beynəlxalq ictimai təşkilatların və xarici dövlətlərdə fəaliyyət göstərən analoji şirkətlərin  diqqətini cəlb etməkdədir . Bununla əlaqədar olaraq, beynəlxalq ictimai təşkilatların və xarici şirkətlərin nümayəndələri ilə QSC-də vaxtaşırı görüşlər keçirilir və ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılması sahəsində işgüzar müzakirələr aparılır.

     2011-ci ilin  I-ci rübündə də QSC-nin baş ofisində bir sıra görüşlər keçirilmişdir. Bu görüşlərdən biri də QSC-nin rəhbərliyi ilə, Avropa ittifaqının  Belçika-Lüksemburq  cənub-qərbi avropa üzrə ticarət palatasının prezidenti Milan Jeziç von  Bessenek    ekologiya üzrə məsləhətçi Vladislav Biseklə arasında olmuşdur.

     Görüşdə Belçika-Lüksemburq  cənub-qərbi avropa üzrə ticarət palatasının prezidenti Milan Jeziç von  Bessenek,  təmsil etdikləri qurumun dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərinin ekoloji durumu ilə tanış olmaq və yaşıl-iqtisadiyyat sahəsində Avropa İttifaqı  Komissiyasının hesabatını hazırlamaqdan ibarət olduğunun bildirmişdir. O, bundan əvvəl bir sıra MDB ölkələrində olduqlarını, lakin Ekol şirkəti kimi geniş fəaliyyət spektrinə və maddi texniki bazaya malik olan  şirkətə rast gəlmədiklərini xüsusilə vurğulamışdır.

    M.J.von Bessenk bildirmişdir ki, Azərbaycana gəlişləri  ölkənin dinamik inkişaf fonunda iqtisadiyyatla yanaşı mövcud ekoloji problemləri öyrənmək, əldə etdikləri nəticələri və təklifləri Hökumətə və Avropa İttifaqı Komissiyasına təqdim olunacaq hesabata daxil etmək məqsədini daşıyır.

     Digər bir görüş Ukraynanın “ECO orqanik” şirkətinin nümayəndələri ilə keçirilmişdir. Görüşdə “ECO orqanik” şirkətini  Ukraynanın Azərbaycandakı sabiq səfiri Aleksenko Boris Qriqoroviç, İdarə heyəti sədrinin məsləhətçisi Deredyuk Eduard Qriqoryeviç  və Valeri Kuxar  təmsil etmişlər.

      “ECO orqanik” şirkətinin nümayəndələri  “Ekol Mühəndislik Xidmətləri” QSC  haqqında məlumatlı olduqlarını və bu şirkətin Azərbaycanda çirklənmiş torpaqların təmizlənməsi sahəsində böyük nailiyyətlər əldə etdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişlər. Görüş zamanı Ukraynalı həmkarlar torpaqların bioremediasiyasında “ECO orqanik” şirkətinin orqanik maddəsindən istifadə olunması təklifini irəli sürmüşlər. Qərara alınmışdır ki, “ECO orqanik” şirkətinin torpaqların təmizlənməsində istifadə etdiyi orqanik maddənin  QSC-də sınağı keçirilsin və bu sınağın nəticələri növbəti görüşlərdə müzakirə olunsun.

     Görüşlərdə xarici şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin bəzi detalları müzakirə edilmişdir. Görüşlərdə iştirak edən QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov və baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, QSC-nin   dünya dövlətlərində  ekoloji layihələrin həyata keçirilməsi sahəsində analoji fəaliyyət göstərən  istənilən şirkətləri ilə əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını və bunun yalnız planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etmişlər.

       
 
 

tarix : 12.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.