ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 5 illiyi təntənə ilə qeyd edilmişdir

    Aprelin 15-də  “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin  yaranmasının 5 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir. Öncə  ARDNŞ-nin balansında olmuş və 2009-cu ildə  QSC-nin  xidməti istifadəsinə verilmiş, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açılışı olmuşdur.

   Açılışda ARDNŞ-nin  ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, ARDNŞ-nin Təhlükəsizlik idarəsinin rəisi Rəşad Əliyev, Ekologiya İdarəsinin rəisi Azər Əliyev, Heydər Əliyev adına BNEZ-nun direktoru Elman İsmayılov, “Azərneftyağ” NEZ-nin direktoru Rövşən Həsənov, “Azneft” İB-nin baş direktorunun ekologiya üzrə müavini Faiq Cəfərov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi və KİV-nin nümayəndələri iştirak etmişlər.

    QSC-nin baş direktoru Ramil  Əliyev qeyri-yaşayış sahəsində  yenidənqurma əsaslı təmir, abadlaşdırma və yaşıllaşdırma sahəsində görülmüş işlər və perspektiv planlar barədə tədbir iştirakçılarına  geniş məlumat vermişdir. Ramil Əliyev bildirmişdir ki, burada QSC-nin Torpaqların rekultivasiyası departamentinin yerləşdirilməsi nəzərdə tutulmuşdur. ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə və digər iştirakçılar buradakı inzibati bina, yaşıllaşdırma sahəsinin xidmət məntəqəsi və ərazi ilə yaxından tanış olmuş  və görülən işlərdən razı qaldıqlarını bildirmişlər.

      15 apreldə, günün ikinci yarısında QSC-nin baş ofisində 5 illiklə əlaqədar geniş toplantı keçirilmişdir. Toplantıda baş direktor Ramil Əliyev  QSC-nin yaranması, fəaliyyəti və 5 ildə əldə olunan nailiyyətlər barədə geniş məruzə etmişdir. Digər çıxış edənlər də fəaliyyəti dövründə  QSC-nin ARDNŞ-nin mədən ərazilərində həyata keçirdiyi əhəmiyyətli ekoloji layihələri xüsusilə vurğulamışlar. Qeyd olunmuşdur ki,  daimi inkişafda olan “Ekol Mühəndislik Xidmətləri” QSC qısa müddətdə özünün maddi-texniki bazasının və peşəkar kadr personalının formalaşmasına nail olmuş və ekoloji problemlərin həlli sahəsində özünü potensial bir şirkət kimi təsdiq etmişdir. Toplantıda QSC-nin əməkdə fərqlənən bir qrup əməkdaşlarına Fəxri Fərman və pul mükafatları təqdim olunmuşdur.

     Həmin gün QSC-nin 5 illiyi ilə əlaqədar ziyafət də təşkil edilmişdir. Ziyafətdə QSC-nin rəhbərliyi, kollektivin və əlaqədar təşkilatların nümayəndələri də iştirak etmişlər. Tədbirlərə “Ekol” MFK yoldaşlıq görüşləri də daxil edilmişdir.

     Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyət  ARDNŞ (51%) və   “Lancer Services S.A.”  Şirkətinin (49%) təsisçiliyi ilə 01 mart 2006-cı il tarixdə yaradılmış və 17 aprel 2006 -cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. QSC-nin  əsas fəaliyyəti respublikamızda, xüsusilə ADRNŞ-nin  istehsalat sahələrində ekoloji problemlərin aradan qaldırılmasından ibarətdir.

       

 
 
 

tarix : 15.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.