ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Avstriya-Azərbaycan Ticarət Palatasının və Vyana Şəhəri İcra Hakimiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir

     Aprelin 20-də QSC-nin baş ofisində Avstriya-Azərbaycan  Ticarət Palatasının  nümayəndələri ilə görüş keçirilmişdi. Görüşdə  Vyana şəhəri İcra Hakimiyyətinin  Beynəlxalq Koordinasiya və Strategiya Departamentinin rəisi cənab Andreas Launer, Departamentin rəis müavini, xanım Andrea Laytner, Beynəlxalq əlaqələr üzrə ekspert,  xanım  Djio Hu, Avstriya-Azərbaycan   Ticarət Palatasının  (AATP)  biznes əlaqələri üzrə meneceri, cənab Niklas Şmidmayer, AATP-nın  Azərbaycan üzrə regional meneceri cənab  Qələndər Bağırov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini  İsrafil Əliyev, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev və İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev iştirak etmişlər.

        Baş direktor Ramil Əliyev öncə qonaqları səmimi salamladı və QSC-nin fəaliyyəti haqqında qısa məlumat verdi. Sonra nümayəndə heyətinə başçılıq edən Vyana şəhəri İcra Hakimiyyətinin  Beynəlxalq Koordinasiya və Strategiya Departamentinin rəisi cənab Andreas Launer səmimi qəbula və ətraflı məlumata görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirdi. Vyana şəhəri İcra Hakimiyyətinin  Beynəlxalq Koordinasiya və Strategiya Departamentinin rəisi Avstriya və Azərbaycan  arasında yaranmış sıx dostluq əlaqələrini  və bir çox sahələrdə inkişaf etməkdə olan  əməkdaşlıq münasibətlərini xüsusilə qeyd etdi.

        O, çıxışına davam edərək bildirdi ki, Avstriya  şəhərsalma və ətraf mühitin mühafizəsi texnologiyaları sahəsində  dünya dövlətləri arasında özünəməxsus yer tutur. Bu nailiyyətlərin dünya ölkələrinə inteqrasiya edilməsi çərçivəsində sentyabr ayında Bakı şəhərində də şəhərsalma və ətraf mühit texnologiyaları üzrə konfrans-sərginin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirə Avstriyanın   tanınmış  şirkətləri də qatılacaq ki, bu da Azərbaycanda fəaliyyət göstərən analoji şirkətlərlə fikir mübadiləsinin aparılması və işgüzar əməkdaşlıq əlaqələrinin qurulmasına münbit şərait yaradacaqdır.

     Andreas Launer bildirdi ki, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın bir çox inkişaf etmiş şirkətlərində olmuşlar və bu şirkətlərlə əməkdaşlıq etmək niyyətindədirlər. O, qeyd etdi  ki, bu görüş  ekoloji yönümlü fəaliyyət sahəsində inkişaf etmiş “Ekol Mühəndislik Xidmətləri” QSC ilə yaxından tanış olmaq, sentyabr ayında keçiriləcək tədbirə hansı məsələlərin daxil edilməsi barədə təklifləri öyrənmək və əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində müzakirələr aparmaq məqsədini daşıyır .

     QSC-nin baş direktoru Ramil Əliyev xarici əlaqələrin genişləndirilməsinə, beynəlxalq və xarici şirkətlərlə əməkdaşlıq münasibətlərinin yaradılmasına  maraqlı olduqlarını qonaqların diqqətinə çatdırdı. Ramil Əliyev  Bakı şəhərində keçiriləcək  konfrans-sərgi barədə də öz mövqeyini bildirdi və  tullantıların idarə olunması, eləcə də  digər aktual ekoloji problemlərin tədbirdə öz əksini tapmasının  məqsədəuyğunluğunu qeyd etdi. Qərara alındı ki, QSC tədbirə qədər  öz konkret təkliflərini hazırlayıb təqdim etsin.

     Görüşdə şəhərsalma, park və muzeylərin inşası, ətraf mühitin mühafizəsi sahəsində qabaqcıl texnologiyalar və qarşılıqlı əməkdaşlıq  münasibətlərinin bir çox detalları  müzakirə olunmuşdur. Qərara alınmışdır ki, QSC tədbirə qədər  öz konkret təkliflərini hazırlayıb təqdim etsin.

      Sonda Vyana şəhəri İcra Hakimiyyətinin  Beynəlxalq Koordinasiya və Strategiya Departamentinin rəisi Andreas Launer  səmimi və işgüzar görüşə görə nümayəndə heyəti adından öz təşəkkürünü bildirmiş və QSC-nin baş direktoru Ramil Əliyevi tədbirə dəvət etmişdir. Baş direktor Ramil Əliyev təklifi məmnuniyyətlə qəbul etmişdir.
 

tarix : 21.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.