ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yaşıllıqların damcı suvarma sistemləri ilə suvarılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir

   Yaşıllıqların salınması və bitkilərə  aqrotexniki xidmətlərin göstərilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biridir. Bununla əlaqədar olaraq, bu sahənin təkmilləşdirilməsi, müasir texnologiyaların və suvarma sistemlərinin tətbiq edilməsi istiqamətində QSC-də mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

    İstər aqrotexniki cəhətdən, istərsə də iqtisadi cəhətdən olduqca səmərəli olan damcı suvarma sistemi hələ ötən il QSC-nin xidmət göstərdiyi “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 1.2 hektarda sınaq məqsədilə quraşdırılmış  və gözlənilən uğurlu nəticələr əldə olunmuşdur.

    QSC “Sifarişçi” təşkilatlarda aqrotexniki xidmət göstərdiyi bitkilərin suvarılmasını yerli şəraitə, aqrotexniki  qaydalara uyğun  və səmərəli təmin etmək məqsədilə, həmin sahələrdə damcı suvarma sistemlərinin quraşdırılması üçün əlaqədar şirkətlərlə görüşlər keçirilir və istiqamətlər müəyyən edilir.

     Bu məqsədlə aprelin 19-da   İsrailin  NETAFİM  şirkətinin  baş aqronomu     Elı  Matan və kənd təsərrüfatı üzrə mühəndis  Umut Çelik QSC-də olmuş və işgüzar görüş keçirilmişdir. Görüşdə yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsinin yeni texnologiyaları müzakirə edilmişdir. Damcı suvarma sistemləri sahəsində ixtisaslaşmış NETAFİM  şirkətinin nümayəndələri  bu sistem haqqında geniş məlumat vermiş və bu sahədə  ikitərəfli əməkdaşlıq etmək  məsələləri geniş müzakirə edilmişdir.

    Digər bir görüş aprelin 21-də,  QSC-nin baş ofisində  ABŞ-nın damcı suvarma sistemləri sahəsində tanınmış   RAIN  BIRD şirkəti ilə keçirilmişdir. Görüşdə qonaqlara QSC-nin ümumi fəaliyyəti və xidmət göstərdiyi yaşıllıq sahələri haqqında məlumat verilmiş və Cəmiyyətin yaşıllıq sahələrinə damcı suvarma sistemlərinin  tətbiq edilməsi marağında olduğu bildirilmişdir.

    RAIN  BIRD şirkətinin nümayəndəsi, Orta Anadolu və Qaradəniz Bölgə müdiri Sinan Mantı  şirkətləri haqqında məlumat verdi və damcı suvarma sistemlərini dünyanın  bir çox ölkələrində uğurla tətbiq etdikləri, uğurlu nəticələrin əldə edildiyi barədə ətraflı danışdı.

    QSC-nin baş direktoru Ramil Əliyev  RAIN  BIRD şirkətinin damcı suvarma sistemləri sahəsində  tanınmış bir şirkət olduğunu, elə bu səbəbdən də bu şirkətlə əməkdaşlıq etmək niyyətində olduqlarını qonaqların diqqətinə çatdırdı.

   Görüşdə qərara alınmışdır ki, QSC-nin yaşıllıqlara xidmət göstərdiyi  sahələrin geocoğrafi  xüsusiyyətlərinin öyrənilməsi məqsədilə RAIN  BIRD şirkətinin nümayəndələri həmin sahələrdə olsun və nəticələr müzakirə edildikdən sonra  əməkdaşlıq məsələlərinə baxılsın. Aprelin 22-dən  RAIN  BIRD şirkətinin nümayəndələri  yaşıllıq sahələrinin öyrənilməsinə başlamışlar.

    Qeyd edək ki, hazırda “Ekol  Mühəndislik  Xidmətləri” QSC-nin Torpaqların rekultivasiyası departamenti, ümumilikdə 80 hektar sahədə 94 min 690 ədəd müxtəlif növ ağac və gül kollarına aqrotexniki xidmət göstərir. 
 

tarix : 22.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.