ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

İngiltərənin Azərbaycandakı səfirinin 2-ci katibi, xanım Ann Herdlə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev arasında görüş keçirilmişdir

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi uğurlu ekoloji layihələr, nanotexnologiyaların istehsalata tətbiqi və bu sahədə özünü inkişaf etmiş bir şirkət kimi təsdiq etməsi,  ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin, beynəlxalq təşkilatların və  səfirliklərin böyük marağına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, son bir ildə qeyd edilən təşkilatların nümayəndələri ilə  QSC-də   tez-tez görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılır və xarici əlaqələri günü-gündən genişlənir.

       Belə görüşlərdən biri də aprelin 21-də, QSC-nin baş ofisində İngiltərənin Azərbaycandakı səfirinin 2-ci katibi, Ticarət və Enerji Şöbəsinin müdiri xanım  Ann Herdlə baş direktor Ramil Əliyev  arasında  keçirilmişdir. Görüş zamanı xanım Ann  Herd qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət göstərən bir çox  ekoloji yönümlü şirkətlərlə tanış olmuş, lakin “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti və gördüyü işlər onda daha çox maraq doğurmuşdur. Elə bu səbəbdən də QSC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün  bu görüşün keçirilməsinə təşəbbüs göstərmişdir.

      QSC-nin baş direktoru Ramil Əliyev qonağı səmimi salamlayaraq, QSC-nin yaranması tarixi, təsisçiləri və fəaliyyəti haqqında  geniş məlumat vermişdir. Baş direktor bildirmişdir ki, fəaliyyəti dövründə  QSC  beynəlxalq standartlar səviyyəsində  müasir texnika və texnologiyaların  istehsalata tətbiq edilməsini və ekologiya sahəsində dünyanın qabaqcıl təcrübələrinə yiyələnməyi qarşısına məqsəd qoymuşdur. Bu sahədə xeyli nailiyyətlər əldə edilmişdir. Hazırda  neftşlamın emalı və zərərsizləşdirilməsində, sənaye–çirkab suların təmizlənməsində dünyanın tanınmış şirkətlərinin ( “Facet”, “Alfa-Laval”, “Börger” və s.) qurğuları istehsalatda uğurla tətbiq edilir.

     Ramil Əliyev, ölkəmizdə neft sənayesi sahəsində fəaliyyət göstərən “BP Exploration (Caspian SEA)” LTD və “TOTAL” şirkətləri ilə tullantıların idarə olunması sahəsində sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu da qonağın diqqətinə çatdırdı. Baş direktor bildirdi ki,  2009-cu  ildə “BP Exploration (Caspian SEA)” LTD-nin  “Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi” layihəsi üzrə keçirdiyi tenderdə QSC-də respublikamızda fəaliyyət göstərən Hollandiyanın “AA Servicess” şirkəti ilə birlikdə iştirak etmiş və bu tenderin qalibi olmuşlar. Layihənin icrası üçün bu şirkətlərin təsisçiliyi ilə “AAS-EKOL” MMC  təsis olunmuş və  01.02.2010-cu ildə dövlət qeydiyyatından keçmişdir. Hazırda    “AAS-EKOL” MMC “BP Exploration (Caspian SEA)” LTD və “TOTAL” şirkətləri ilə  tullantıların emalı sahəsində bir sıra ekoloji layihələr həyata keçirir.

     İngiltərənin  Azərbaycandakı   səfirinin 2-ci katibi, xanım  Ann Herd  eşitdiklərindən çox məmnun olduğunu bildirdi. O,  ekoloji problemlərin ümumbəşəri bir problem olduğunu, buna görə də Britaniyanın bir çox şirkətləri ilə, xüsusilə ətraf mühit sahəsində fəaliyyət göstərən şirkətlərlə QSC-nin əlaqələrinin yaradılmasını, Britaniyanın ətraf mühit ekspertləri ilə QSC-nin mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin təşkil olunmasının məqsədəuyğunluğunu xüsusilə vurğuladı. Xanım Ann Herd eyni zamanda  QSC-nin baş direktoru Ramil Əliyevi  Londona işgüzar səfərə dəvət etdi.  R.Əliyev bu dəvəti məmnuniyyətlə qəbul etdi.   Qarşılıqlı anlaşma və işgüzar şəraitdə keçən görüşdə qərara alındı ki, belə görüşlərin davamlı aparılmasına ehtiyac vardır.

 
 

tarix : 22.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.