ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yeni Azərbaycan Partiyası Nizami rayon “Ekol” ilk ərazi təşkilatının iclası keçirilmişdir

   Aprelin 27-də  QSC-nin baş ofisində Yeni Azərbaycan Partiyası Nizami rayon “Ekol” ilk ərazi təşkilatının növbəti iclası keçirilmişdir. İclasda YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva da iştirak etmişdir.

    İclası giriş sözü ilə QSC-nin baş direktoru, “Ekol” ilk ərazi təşkilatının sədr müavini Ramil Əliyev açaraq əvvəlcə YAP Nizami rayon təşkilatının sədrini  salamlayaraq, vaxt tapıb tədbirə qatıldığına görə ona öz minnətdarlığını bildirdi. Ramil Əliyev  Sədaqət Vəliyevanı millət vəkili seçilməsi münasibətilə də təbrik edərək  ona bu  fəaliyyətində müvəffəqiyyətlər arzuladı.

     Baş direktor çıxışına davam edərək bildirdi ki, QSC 2006-cı ildə yaranmışdır. Cəmiyyətin əsas fəaliyyəti ətraf mühitin mühafizəsi və insanların sağlamlığının qorunması missiyasını həyata keçirməkdən ibarətdir.  Ramil Əliyev qeyd etdi ki, QSC-nin kollektivi əsasən sağlam düşüncəli, siyasi məfkurəcə yetkin, dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən fəal  insanlardan ibarətdir. Məhz buna görə də, kollektivin təşəbbüsü ilə QSC-də 2007-ci ildə yeni Azərbaycanın memarı, ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının  ərazi təşkilatı yaradılmışdır. Həmin ildən  YAP ”Ekol” ilk ərazi təşkilatı partiyanın banisi Heydər Əliyevin  ideyalarının həyata keçirilməsi  istiqamətində Respublikamızın ictimai-siyasi həyatında aktiv fəaliyyətə başlamışdır.

     İclasda çıxış edən YAP ”Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev ərazi təşkilatının yaranması zərurətindən, təşkilatın tərkibindən və fəaliyyətindən  geniş danışdı. O, bildirdi ki, ərazi təşkilatı 2007-ci ildə yaradıldığı zaman  cəmi 25 nəfər üzvü vardısa, hazırda təşkilatın 200 nəfərdən çox üzvü var. Təşkilatdakı partiya üzvlərinin 45%-dən çoxunu gənclər təşkil edir. Ərazi təşkilatı respublikamızın, xüsusən Nizami rayonunun ictimai-siyasi həyatında hər zaman öz fəallığını nümayiş etdirmişdir. Bu fəallığına görə  ”Ekol” ilk ərazi təşkilatı YAP Nizami rayon təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.

     Ərazi təşkilatının sədri Fəxrəddin Quliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının  bir siyasi partiya kimi nüfuzunun günü-gündən artması, YAP-nın sədri  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin düzgün iqtisadi-siyasi kursu, eləcə də dövlətimizin dinamik inkişafı Azərbaycan xalqını, xüsusən gəncləri YAP ətrafında daha da sıx birləşdirir.

     QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor  Məzahir Hüseynov, baş direktorun məsləhətçisi Kamil Akimov, Ekoloji Monitorinq departamentinin rəisi, ”Ekol” ilk ərazi təşkilatının sədr müavini Şahabiddin Albuşov və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov iclasda çıxış etdilər. Çıxış edənlər, YAP-nın  ölkəmizin dinamik iqtisadi inkişafında,  dövlət və vətəndaş  cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici və daxili siyasətindəki əvəzedilməz fəaliyyətini qeyd etdilər. Bu sahədə öz fəallığı ilə fərqlənən YAP Nizami rayon təşkilatının rolu və rayonun ictimai-siyasi həyatında ”Ekol” ilk ərazi təşkilatının da həmişə fəal olduğu xüsusilə vurğulandı.

    Sonda  YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva geniş məzmunlu çıxış etdi. Millət vəkili qeyd etdi ki,  1992-ci ildə Milli liderimiz Heydər Əliyevin  çox çətin bir şəraitdə yaratdığı Yeni Azərbaycan Partiyası öz fəaliyyəti dövründə və Prezident cənab İlham Əliyevin siyasi kursun layiqincə davam etdirməsi nəticəsində YAP təkcə respublikamızda deyil, bütün regionda özünü nüfuzlu, lider partiya kimi təsdiq etmişdir. Azərbaycan xalqı YAP-nın daxili və xarici siyasətini dəstəkləyir və partiya ətrafında daha da sıx birləşirlər. Məhz bunun nəticəsidir ki, ötən il noyabrın 7-də Azərbaycan Respublikasının  Milli Məclisinə keçirilmiş  seçkilərdə YAP böyük üstünlüklə qalib gəldi. Elə mənim də millət vəkili seçilməyim YAP Nizami rayon təşkilatının və onun ərazi təşkilatlarının   ictimai-siyasi fəaliyyətinin  əhali tərəfindən düzgün və layiqincə qiymətləndirilməsinin təzahürüdür.

    Sədaqət Vəliyeva bildirmişdir ki, YAP Nizami rayon təşkilatları içərisində  ”Ekol” ilk ərazi təşkilatı öz fəallığı ilə həmişə öndə olmuşdur. Daimi inkişafda olan  ərazi təşkilatında siyasi yetkinliyi  və intellektual səviyyəsi ilə fərqlənən insanlar çoxdur. Nizami rayonunu bütün tədbirlərində ”Ekol” ilk ərazi təşkilatının həmişə fəal iştirak etmişdir. Bunun üçün Sizin hər birinizə öz təşəkkürümü bildirirəm. Və əminəm ki, həmişə olduğu kimi ”Ekol” ilk ərazi təşkilatı, bundan sonra da YAP siyasi kursuna sadiqliyini nümayiş etdirəcək və respublikamızın dinamik inkişafında öz layiqli töhfələrini verəcəkdir. Sizə şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm.

    İclasda YAP sıralarına yeni qəbul olunmuş QSC-nin  bir qrup işçilərinə üzvlük vəsiqələri təqdim edilmişdir. Bununla da  YAP Nizami rayon ”Ekol” ilk ərazi təşkilatının  növbəti iclası başa çatmışdır.

                        
 
 

tarix : 27.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.