ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Ümumdünya Əməyin Mühafizəsi günü qeyd edilmişdir

      Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2001-ci ildə təsis olunmuş  Ümumdünya Əməyin Mühafizəsi günü hər il aprelin 28-də  dünyanın  yüzdən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Bu əlamətdar gün “Ekol Mühəndislik Xidmətləri” QSC-də də hər il yüksək səviyyədə qeyd edilir. Bu il də QSC-də Əməyin Mühafizəsi gününə həsr olunmuş   təlim məşq toplantısı və yığıncaq keçirilmişdir. Tədbirlərdə QSC-nin rəhbər və mühəndis-texniki işçiləri iştirak etmişlər.

     Yığıncağı giriş sözü ilə açan baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov qeyd etdi ki, işçilərin sağlam  və təhlükəsiz əmək şəraitinin  təşkili bu gün bütün dünyada aktual problemlərdən  biridir. Bu aktuallığı nəzərə alaraq və ictimaiyyətin diqqətini insanların  sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə,  Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi günü elan olunmuşdur. QSC-də də  əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl edilməsi daimi diqqət mərkəzindədir və bu istiqamətdə bütün müvafiq tədbirlər vaxtlı-vaxtında həyata keçirilir.

      Məzahir Hüseynov çıxışına davam edərək bildirdi ki, ötən il və cari ilin müvafiq dövründə istehsalat sahələrində əməyin mühafizəsi üzrə xeyli tədbirlər görülmüş və nəticələr ümumən qənaətbəxş olmuşdur. Sevindirici haldır ki,       QSC-nin fəaliyyəti dövründə istehsalatla əlaqədar heç bir bədbəxt hadisə baş verməmişdir. Bununla yanaşı, Əməyin mühafizəsi məsələləri  həmişə diqqət mərkəzində saxlanılmalı, bu sahəyə nəzarət  və məsuliyyət hissi gücləndirilməlidir. 

       Yığıncaqda çıxış edənlər, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov bildirdilər ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində əməyin mühafizəsinin  vəziyyəti, texniki təhlükəsizlik tələblərinə riayət olunması, istehsalat-sanitariya normalarına uyğun işçilərin sanitar-məişət otaqları ilə, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması yaxşı təşkil edilmişdir. Bununla belə, insan taleyi ilə bağlı olan bu məsələlər daimi nəzarətdə saxlanılmalı və texniki təhlükəsizlik tələblərinə tam uyğunlaşdırılmalıdır.

      Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar istehsalatda çalışanlara yanğından mühafizə və odsöndürənlərdən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycan Respublikası FHN-nin  Dövlət Yanğından Mühafizə Xidmətinin  neftayırma müəssisələri üzrə yaradılmış Yanğından Mühafizə Dəstəsinin  D/X polkovnik-leytenantı İsmayıl Həsənov da iştirak etmişdir.

 
 
 

 
 

tarix : 29.04.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.