ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi Nizami rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak etmişdir

    Yazın gəlişi  və təbiətin oyanışı ilə Respublikamızın hər yerində  ağacəkmə aksiyaları keçirilir mövcud yaşıllıqlara qulluq göstərilir. Aprelin 30-da Nizami rayonunun ərazisində də iməciliklər təşkil olunmuşdur.

     Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının  təşəbbüsü və rayon İcra  Hakimiyyətinin dəstəyi ilə Bəhruz Nuriyev küçəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyaya “Ekol Mühəndislik Xidmətləri” QSC-nin,  Heydər Əliyev adına BNEZ–nun, ARDNŞ-nin Ekologiya İdarəsinin, digər müəssisə və təşkilatların kollektivləri də qatılmışlar. Tədbirdə Nizami rayonu İH-nin, YAP Nizami rayon təşkilatının  və müəssisələrin rəhbərləri də iştirak etmişlər.

     Həmişə olduğu kimi  aksiyada fəallıq göstərən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi həmin gün B.Nuriyev küçəsində  200-dən  çox eldar şamı əkmiş və ağaclara aqrotexniki qulluq göstərmişlər. Aksiya zamanı ümumən 600-dən çox müxtəlif növ ağac əkilmişdir.

    Aprelin 30-da QSC-nin istehsalat sahələrində də iməcilik  keçirilmiş, təmizləyici qurğuların ətrafı alaq otlarından təmizlənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş, xeyli abadlıq işləri yerinə yetirilmişdir.

                      

 
 
 
 

tarix : 02.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.