ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də baş direktorun SƏTƏM üzrə müavininin təqdimat mərasimi keçirilmişdir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təsisçiləri olan ARDNŞ-nin və “Lanser Services S.A.” şirkətinin  rəhbərlərinin birgə qərarına əsasən,  may ayının 4-dən  Rəşad Fail oğlu İsmayılov QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini təyin edilmişdir.

   Yeni təyinatla əlaqədar mayın 4-də  QSC-nin baş ofisində  təqdimat mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən baş direktor Ramil Əliyev qeyd etmişdir ki, QSC-nin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi daimi təsisçilərin  rəhbərlərinin diqqət mərkəzindədir. Bu yeni təyinat da həmin diqqətin məntiqi davamıdır. Bunun üçün bir daha təsisçilərimizin rəhbərlərinə öz dərin minnətdarlığımı bildirirəm.

    Çıxışına davam edən Ramil Əliyev, yeni təyin olunmuş SƏTƏM üzrə baş direktorun müavini Rəşad İsmayılovun həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına  məlumat verdi. O, bildirdi ki, Rəşad İsmayılov intellektual səviyyəli və zəngin təcrübəyə malik, potensial imkanlı bir mütəxəssisdir. O, bir çox təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. İnanıram ki, onun QSC-də fəaliyyətə başlaması ilə ekologiya, təhlükəsizlik texnikası və nanotexnologiyaların istehsalata tətbiqi sahəsində yeni-yeni nailiyyətlər əldə edəcəyik. Baş direktor yeni təyinat münasibətilə Rəşad İsmayılovu təbrik etmiş və ona  bu fəaliyyətində uğurlar arzulamışdır.

   Mərasimdə çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov, Maliyyə və uçot departamentinin rəisi Əli Bağışov, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev və  digərləri yeni təyinat münasibətilə Rəşad İsmayılovu təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar diləmişlər.

    Rəşad İsmayılov çıxışında ona göstərilən  yüksək etimada görə ARDNŞ-nin və “Lanser Services S.A.” şirkətinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirmiş, bu etimadı doğrultmaq üçün bütün bilik və bacarığını sərf edəcəyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.

İsmayılov Rəşad  Fail  oğlu -  07 iyun 1974 - cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhərində orta təhsilini başa vurub. 1996-cı ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin  Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək hüquqşünas ixtisasına yiyələnib. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsində   iqtisadçı ixtisası üzrə ikinci ali təhsil alıb. Bir çox xarici dövlətlərdə təkmilləşdirmə kursları keçib.
   1996-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə əməliyyat müvəkkili, 2000-2003-cü illərdə Həyat Qeyri Hökumət Təşkilatı, Beynəlxalq hüquq departamentinin rəisi, 2003-2005-ci illərdə BMT-nin Azərbaycan nümayəndəliyində İnkişaf Proqramının əməkdaşı, 2005-ci ildə Parex Leasing and Factoring MMC-də Biznesin inkişafı üzrə menecer, 2005-2006-cı illərdə Parex Leasing and Factoring MMC-də Biznesin inkişafı üzrə departamentin direktoru, 2006-2008-ci illərdə Parex Leasing and Factoring MMC-nin baş direktorunun müavini,  2008-ci ildə Latviya-Azərbaycan  Ticarət Palatasının rəhbəri, 2008-2009-cu illərdə Parex Leasing and Factoring MMC-nin baş direktoru, 2009-2010-cu illərdə Bank VTB (Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru, 2010-cu ildə Muğan Bank ASC-nin törəmə müəssisəsi olan Muğanlizinq şirkətinin baş direktoru, 2010-cu ildə isə Latviya-Azərbaycan Ticarət Palatasının sədri vəzifələrində çalışıb.
 
 
 
 

tarix : 05.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.