ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri”QSC-də Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir

   Mayın 10-da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilir. “Ekol Mühəndislik Xidmətləri” QSC-də də ildönümü ərəfəsində bir sıra tədbirlər keçirilmişdir. Bu münasibətlə QSC-də nərd turniri, iməciliklər və istehsalat sahələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlər təşkil olunmuşdur. Mayın 10-da isə  QSC-nin  rəhbərliyi və kollektivin nümayəndələri  ildönümü ilə əlaqədar, Ümummilli liderin adını daşıdığı BNEZ ərazisindəki abidəsi önünə əklil və tər çiçəklər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir QSC-nin   baş ofisində  ulu öndərin 88-ci ildönümünə həsr olunmuş anım mərasimi  ilə davam etmişdir.

     Mərasimi  QSC-nin baş direktoru Ramil Əliyev  giriş sözü ilə açaraq, bütün həyatını xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən,  onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən və əsasını qoyduğu neft strategiyasının  ölkəmizə qazandırdığı uğurlardan ətraflı bəhs etmişdir.

     Ramil Əliyev öz çıxışında vurğulamışdır ki, Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji Heydər Əliyevi başqalarından fərqləndirən əsas cəhətlər idi. Heydər Əliyevi fərqləndirən üstün cəhət bu idi ki, o, ölkənin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi. Həm birinci, həm də ikinci hakimiyyəti dövründə Heydər Əliyevin əsas missiyası Azərbaycanı xilas etmək olub. Əgər 1969-cu ildə Azərbaycan iqtisadi fəlakətin astanasında idisə, 1993-cü ildə məhv olmaq ərəfəsində idi. Yalnız Heydər Əliyev zəkası Azərbaycanı bu bəlalardan xilas etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır”.

   Mərasimdə baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, baş direktorun məsləhətçisi Kamil Akimov, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və başqaları çıxış etmişlər. Natiqlər milli dövlətçiliyimizin, müstəqilliyimizin  əbədiliyinin qarantına çevrilmiş yeni neft strategiyasının  banisi, suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, onun  unudulmaz xatirəsinin daim ürəklərdə yaşayacağını qeyd etmişlər.  Ulu öndərin ideyalarının  həyata keçirilməsi, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi və daha da çiçəklənməsi naminə layiqli töhfələr verilməsinin hər bir kəsin vətəndaşlıq və mənəvi borcu olmasını  xüsusilə vurğulamışlar.

   Mərasimdə ulu öndərin həyat və fəaliyyəti haqqında qısametrajlı film nümayiş etdirilmişdir. İştirakçılar Ümummilli liderə hörmət və ehtiram əlaməti olaraq  bir daha onun ruhu qarşısında baş əymiş, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

  
 
 
 

tarix : 10.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.