ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol” MFK Azərbaycan kubokuna sahib oldu
   Futzal üzrə Azərbaycan kuboku uğrunda  uzun müddət gərgin mübarizə şəraitində davam edən  yarışların son mərhələsi nəhayət ki, mayın 11-də başa çatdı.
Bu yarışların  bütün  mərhələlərində qalib olmuş  “Ekol” komandası, mayın 11-də Azərbaycan kubokunun final yarışında ötən ilin ölkə çempionu olmuş  Naxçıvanın “Araz” komandası ilə qarşılaşmışdır. ABU ARENA İdman Mərkəzindəki final görüşü olduqca gərgin mübarizə şəraitində keçdi.

?xml:namespace prefix = o /-->    Oyunun ilk dəqiqələri komandamızın qapısına avtoqol vurulması ilə yadda qaldı. Tam milli heyətdə çıxış edən komandamız  fəallığını artıraraq qısa müddətdə rəqib komandanın qapısına qol vuraraq bu həyəcanı aradan qaldırdı. Maraqlı anlarla zəngin olan görüşün birinci hissəsi 2:2 hesabı ilə başa çatdı.
     Heyətində kifayət qədər legioner və bacarıqlı oyunçuları olan “Araz” komandası, görüşün II-ci hissəsində həmlələrini bir qədər də artırsalar da, komandamızın güclü müqaviməti ilə qarşılaşdılar. II-ci hissədə “Ekol” komandası öz qapısından bir top buraxsalar da rəqib komandanın qapısına daha iki top vurmağa   nail oldular. Beləliklə  “Ekol” və “Araz” komandaları arasında keçirilən Azərbaycan kubokunun final yarışı  4:3 hesabı ilə  komandamızın qələbəsi ilə başa çatdı və  2011- ci ildə “Ekol” MFK Azərbaycan  kubokunun sahibi oldu.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivinə sevinc hissini yaşadan komandamıza Azərbaycan kuboku və Diplom təqdim olundu.
 
 
 
 

tarix : 12.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.