ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO 14001 Ekologiya İdarəetmə Sistemi üzrə növbəti audit keçirilmişdir

     Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin prioritet hədəflərindəndir. Əsas fəaliyyəti ekoloji yönümlü olduğundan ilk növbədə QSC 2007-ci ildə  İSO 14001 Ekologiya İdarəetmə Sistemini qəbul etmiş və sertifikata layiq görülmüşdür.

      Standartlarının şərtlərinə uyğun olaraq ötən müddətdə Türk Standartları İnstitutunun auditorları tərəfindən  QSC-nin  Ekologiya İdarəetmə Sistemi üzrə fəaliyyəti dövrü olaraq tədqiq edilmiş və aşkar olunmuş  uyğunsuzluqlar operativ olaraq aradan qaldırılmışdır.

      10 may  2011-ci il tarixdə Türk Standartları İnstitutu tərəfindən  “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO 14001 Ekologiya İdarəetmə Sistemi üzrə növbəti audit  keçirilmişdir.

      Bu məqsədlə mayın 10-da QSC-nin baş ofisində toplantı keçirilmişdir. Toplantıda Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiləri Hasan Demirtaş, Xatirə Salahova, Namiq Həsənov və TSE-nin baş auditoru Yılmaz Eraslan, QSC-nin rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və mühəndis-texniki işçilər  iştirak etmişlər.

      QSC-nin Baş direktoru Ramil Əliyev  qonaqları səmimi salamlayaraq  ötən dövr ərzində Ekologiya İdarəetmə Sisteminin tələblərinə uyğun olaraq görülmüş işlər barədə onlara ətraflı məlumat vermişdir. Türk Standartları İnstitutunun təmsilçiləri QSC-nin  İSO 14001 standartları sahəsində gördüyü işlərdən və keçirdikləri auditlərin  nəticələrindən razı qaldıqlarını qeyd etmişlər. TSE təmsilçiləri sonuncu auditin nəticələrinin də uğurlu olduğunu, QSC-də İSO-14001 Standartlarının tələblərinə tam əməl edildiyini vurğulamış, bu sahədə olan yeniliklərlə bağlı öz tövsiyələrini vermişlər. Sertifikatın yeniləşməsi ilə əlaqədar QSC-nin rəhbərliyini və kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

      Baş direktor Ramil Əliyev TSE təmsilçilərinə öz adından və kollektiv  adından təşəkkürünü bildirərək, daim inkişafda olan  QSC-nin fəaliyyətinin bundan sonra da bütün sahələrdə beynəlxalq standartların tələblərinə uyğun qurulacağını və Türk Standartları İnstitutu ilə əməkdaşlığın  uğurla davam etdiriləcəyini qeyd etmişdir. Baş direktor QSC-nin gələcəkdə İSO 9001 və OHSAS 18001 Beynəlxalq Standartlarının  da qəbul etməsini məqsədəuyğun hesab etdiyini və bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü türkiyəli qonaqların diqqətinə çatdırmışdır. TSE təmsilçiləri bu sahədə QSC-nə hər zaman dəstək olmağa hazır olduqlarını qeyd etmişlər.

    QSC-nin baş direktoru Ramil Əliyev “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəmzi hədiyyələrini qonaqlara təqdim etmişdir. Bununla da toplantı başa çatmışdır.
 
 
 
 

tarix : 12.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.