ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC Neftqazçıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələrini uğurla davam etdirir

    2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC “Abşeronneft”,  “Balaxanıneft”(2-ci mədən) və Ə.Əmirov adına NQÇİ-nin  mədən ərazilərində, eləcə də Z.Tağıyev adına NQÇİ-nin  köhnə Qala yatağında neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasaiyası və landşaftın bərpası layihələrinin icrasına başlamışdır.

      Hazırda  bütün  layihələr üzrə işlər yüksək templə aparılır.  Ə.Əmirov adına NQÇİ- də və “Balaxanıneft” NQÇİ-nin 2-cü mədən ərazisində, eləcə də Z.Tağıyev adına NQÇİ-nin ərazisindəki köhnə Qala yatağında  neftşlamın çıxarılması, ştib və torpağın yayılması işləri başa çatdırılmışdır. ”Balaxanıneft” NQÇİ-nin 4-cü mədən ərazisində isə rekultivasiya işləri yerinə yetirilməkdədir. Bununla yanaşı, “Abşeronneft”, “Balaxanıneft”( 2-ci mədən ) və Ə.Əmirov adına NQÇİ-nin  mədən ərazilərində neftşlamın bioremediuasiyası prosesləri də  davam etdirilir.

      May ayının 17-də isə  Z.Tağıyev adına NQÇİ-nin  ərazisindəki köhnə Qala yatağında neftlə çirklənmiş torpaqların rekultivasiyası və landşaftın bərpası layihəsinin 2-ci mərhələsinə başlanılmış, ”Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazisində salınmış yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilmişdir.

     Görülən işlər nəticəsində yaşayış məntəqəsi ilə əhatə olunmuş layihə   ərazilərinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmış, atmosferə atılan zərərli maddələrin miqdarı kifayət qədər azalmışdır.  QSC-nin Torpaqların rekultivasiyası departamenti bu istiqamətdə işləri uğurla davam etdirir.
 

 
 

tarix : 18.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.