ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində QSC-nin istehsalat sahələrində də təxirəsalınmaz tədbirlər görülür

     “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin  neftqazçıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası kimi prioritet ekoloji layihələr yerinə yetirməklə yanaşı, öz istehsalat sahələrində də ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

    Bununla əlaqədar,  QSC-nin   Tullantıların emalı departamenti (TED)  xidmət göstərdiyi Heydər Əliyev adına BNEZ-da və “Azərneftyağ” NEZ-da  texnoloji proseslər nəticəsində formalaşan neftşlamın ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi məqsədilə, neftşlamın  emalı və zərəsizləşdirilməsi, eləcə də bioremediasiyası sahəsində ardıcıl tədbirlər görür.

    Hazırda TED-nin 6-cı sahəsində (H.Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) uzun illər yığılıb qalmış neftşlamın  bioremediasiyası  üçün hazırlıq işləri aparılır. Həmin ərazidə 1-ci çökdürücü göldəki 40 min m3 -dən çox  neftşlamın isə emal qurğularına ötürülməsi işlərinə başlanılmışdır. TED-nin 7-ci sahəsində də (“Azərneftyağ” NEZ-nun ərazisi) neftşlamın  tutumlardan  (Alfa-Laval ) 2 fazalı dekantor qurğusuna daşınması və emalı davam etdirilir.

    Bütün bunlarla yanaşı atmosferə atılan zərərli maddələrin azaldılması məqsədilə Heydər Əliyev adına BNEZ tərəfindən  TED-nin 6-cı sahəsindəki flotatorların üzərilərinin örtüklə bağlanması da öz müsbət nəticələrini verməkdədir.

   Son bir ildə görülən tədbirlər nəticəsində QSC-nin  NEZ-nın ərazisindəki istehsalat sahələrində ekoloji vəziyyət xeyli dərəcədə yaxşılaşmış və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
 
 
 

tarix : 20.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.