ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol MühəndislikXidmətləri” QSC neftşlamın emalı və zərərsizləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir

          Neft sənayesi müəssisələrində ətraf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulmasına təsir göstərən əsas amillərdən biri də istehsal və emal prosesləri zamanı formalaşan neftşlamdır. Odur ki, “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyəti dövründə neftşlamın ətraf mühitə mənfi təsirinin qarşısının alınması istiqamətində ən zəruri tədbirlərin həyata keçirilməsini qarşıya məqsəd qoymuşdur. 

Bununla əlaqədar olaraq, QSC 2007-ci ildə  İsveçin Alfa-Laval şirkətinin, gücü 30 m3/saat olan   2 ədəd  2 fazalı dekantor qurğusunu almış, elə həmin ildən “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində, Heydər Əliyev adına BNEZ-nun  və “Azərneftyağ” NEZ-nun istehsalat sahələrində uzun illər yığılıb qalmış neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinə  başlamışdır. Nəticələr uğurlu olmuş, bu sahələrdə xeyli neftşlam emal edilərək zərərsizləşdirilmişdir ki, bu da ərazinin ekoloji vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir. ?xml:namespace prefix = o /-->

Bu sahəyə daim diqqət göstərən “Ekol Mühəndislik Xidmətləri” QSC,  Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun istehsalat sahələrində  mövcud neftşlamın emalı və zərərsizləşdirilməsinin fasiləsizliyini təmin etmək və qurğuların məhsuldarlığının artırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirir. May ayında QSC-nin “Azərneftyağ“ NEZ-nun ərazisində olan “Alfa-Laval”  2 fazalı dekantor qurğusunda təmir profilaktika işləri aparılmış, qurğunun P-0, P-1, P-2 və P-3 ötürücü nasosları yenisi ilə əvəz edilmiş və istismara buraxılmışdır. Bu günlərdə analoji təmir və profilaktika işləri QSC-nin Heydər Əliyev adına BNEZ-nun ərazisində istismarda olan “Alfa-Laval” 2 fazalı dekantor qurğusunda da  yerinə yetiriləcəkdir.

Bununla yanaşı, QSC neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinə nanotexnologiyaların tətbiqi sahəsində də məqsədli işlər aparır. Qeyd edildiyi kimi, ötən ilin dekabr ayında “Ekol  Mühəndislik Xidmətləri” QSC bir ədəd Hollandiya istehsalı, məhsuldarlığı 20 m3/saat  olan 3 fazalı modul dekantor qurğusu almışdır. Hazırda bu qurğunun istismara verilməsi istiqamətində hazırlıq işləri görülür. Qurğu üçün transformator binası tikilib başa çatdırılmış və beton platforma hazırlanmışdır. Yaxın günlərdə qurğunun quraşdırılmasına başlanılacaqdır. Bu qurğunun istismara verilməsi ilə neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri təkmilləşəcək və məhsuldarlıq xeyli dərəcədə artırılacaqdır. Nəticədə NEZ-nın ərazilərində ekoloji vəziyyət hiss olunacaq qədər yaxşılaşacaqdır.

 

 
 
 
 

tarix : 26.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.