ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 28 may Respublika günü münasibətilə tədbir keçirilmişdir

 
     28 may Respublika gününün 93-cü ildönümü  münasibətilə  QSC-nin baş ofisində toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev öncə toplantı iştirakçılarını Respublika günü münasibətilə təbrik edərək, azərbaycanın  şərəfli istiqlal  yolu  haqqında  geniş çıxış etdi.

     Ramil Əliyev qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti  28 may   1918-ci ildə çox çətin və mürəkkəb  tarixi mərhələdə meydana gəlmişdir. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına böyük təsir göstərdi.

      Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Ona görə müstəqil Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Bununla belə, qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha da çətindir.

      1969-cu ildə Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra ölkədə hər şey dəyişdi. Xalqın mənəvi dəyərləri özünə qayıtdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Hazırda müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin həmin illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı.

      Nəhayət 1991-ci ildə, 70 illik fasilədən sonra Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Bu gün Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar dövlət müstəqilliyinin bəhrəsidir.

      Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 93 il ötür. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir və bundan sonra da öyrəniləcəkdir.

       Toplantıda baş direktorun istehsalat üzrə müavini Məzahir Hüseynov,  baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, baş direktorun məsləhətçisi Kamil Akimov, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov  və başqaları  çıxış etdilər. Çıxış edənlər  qeyd etdilər ki,  ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi “ 1918-ci ildə yaranmış Azərbaycan  Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin  parlaq səhifəsidir. Xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın  həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradır”.

       Natiqlər vurğuladılar ki, bu gün Azərbaycan  Xalq Cümhuriyyətinin varisi olan  respublikamız bütün sahələrdə böyük sürətlə inkişaf edir və regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın Prezidenti İlham Əliyevin  uğurlu daxili və xarici siyasəti nəticəsində  respublikamız  bundan  sonra da daha da inkişaf edəcək, ərazi bütövlüyümüz təmin olunacaq və bayrağımız dünyanın inkişaf etmiş dövlətlərinin   bayraqları sırasında daim  dalğalanacaqdır.
 
 
 

tarix : 27.05.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.