ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların emalı departamentinin 7-ci sahəsində yarımavtomatik köpüklə yanğınsöndürmə sistemi yenidən qurularaq istifadəyə verilmişdir

     Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunması, insanların sağlamlığının qorunması və dövlət əmlakının  yanğından mühafizə edilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin daim diqqətdə saxladığı əsas vəzifələrdən biridir. Bu məqsədlə QSC-nin istehsalat sahələrində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir, istismar müddəti başa çatmış mühafizə vasitələri və yanğınsöndürmə sistemləri yeniləşdirilir.

     Bu kimi tədbirlərdən biri də, may ayında  Tullantıların emalı departamentinin    7-ci sahəsinin (“Azərneftyağ” NEZ-nun ərazisində) 3-cü nefttutucu sahəsində həyata keçirilmişdir. Belə ki, 3-cü nefttutucu sahəsinin mexaniki təmizləmə qurğularında yarımavtomatik köpüklə yanğınsöndürmə sistemi yenidən  qurularaq istifadəyə verilmişdir. Hər bir nefttucuya 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd  köpük əmələgətirici generator quraşdırılmış, yanğınsöndürmə boru xətləri yenisi ilə əvəz edilmiş və təyinatına uyğun rənglənmişdir.

    İyunun 2-də yeni yarımavtomatik köpüklə yanğınsöndürmə sisteminin sınağı keçirilmişdir. Sınaq tədbirində “Azərneftyağ NEZ-nun Baş mühəndisi M.İsmayılov, Direktorun Əməyin mühafizəsi üzrə müavini-TEK xidmətinin rəisi Z.Qurbanov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Baş direktorunun SƏTƏM üzrə müavini R.İsmayılov, Azərbaycan Respublikası FHN-nin DYNX-nin Neftayırma müəssisələri üçün yaradılmış YMD-nin rəis müavini d/x polkovnik leytenantı İ.Həsənov, 13 saylı YMH-nin rəisi d/x mayoru S.Hüseynov, digər  rəhbər və mühəndis - texniki işçilər iştirak etmişlər.

    Bəzi rəy və təkliflər nəzərə alınmaqla, QSC-nin Tullantıların emalı departamentinin 7-ci sahəsində (“Azərneftyağ” NEZ) yenidən qurulub istifadəyə verilmiş yarımavtomatik köpüklə yanğınsöndürmə sisteminin sınağı müvəffəqiyyətlə başa çatmışdır.
 
 
 

             

tarix : 03.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.