ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC –də 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar tədbirlər keçirilmişdir

    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən, 05 iyunun «Ümumdünya ətraf mühitin mühafizəsi günü» kimi qeyd olunmasına qərar verilmişdir. Növbəti ildən isə başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

     Hər il olduğu kimi  bu il də 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar  respublikamızın müəssisə və təşkilatında  iməciliklər, ağacəkmə aksiyaları  və digər maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə minlərlə mövsümü ağaclar əkilmiş, xeyli abadlıq işləri görülmüş və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilmişdir.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-də də 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunmuş iməcilik təşkil edilmiş və bütün istehsalat sahələri əhatə olunmuşdur. QSC-nin  O.Vəliyev 1 ünvanında iməciliklə yanaşı, açıq havada Ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunmuş toplantı da keçirilmişdir.  

    Toplantıda çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev  qeyd etmişdir ki, müasir dünyamızda bəşəriyyəti narahat edən ən aktual problemlərdən biri də ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın  bərpa edilməsidir. Bu gün bütün dünya dövlətlərində bu məsələyə böyük önəm verilir və irimiqyaslı tədbirlər həyata keçirilir.  Baş direktor     QSC-nin ümumi fəaliyyətinin ekoloji yönümlü olması və  ətraf mühitin mühafizəsi istiqamətində görülən işləri  bir daha toplantı iştirakçılarının nəzərinə çatdırdı və bildirdi ki, bu sahədə gördüyümüz işlərlə yanaşı, əhali və xüsusən gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması da bizim ən başlıca vəzifələrimizdən biridir.

    Toplantıda digər çıxış edənlər də, ətraf mühitin mühafizəsi istiqamətində atılan hər bir addımın planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına  və gələcək nəslin ekoloji böhrandan xilas olunmasına xidmət etdiyini və bu sahədə ardıcıl tədbirlərin görülməsinin hər bir kəsin vətəndaşlıq borcu olduğunu xüsusilə vurğuladılar.
 
 
 

             

tarix : 04.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.