ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “18-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi” nin iştirakçısıdır

    Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin rəsmi dəstəyi və Böyük Britaniyanın  “İTE Group PLC”, onun Qafqazdakı tərəfdaşı “İteca Caspian” LLC şirkətlərinin təşkilatçılığı ilə, iyunun 7-də Bakı Sərgi Mərkəzində  “18-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi “ açılmışdır.

    Sərgidə  dünyanın 20 ölkəsindən  300-dən  çox şirkətin, o cümlədən  neft və qaz sənayesi sektorlarını təmsil edən  bütün bölmələrdən istehsal və neft məhsullarının  nəqli üzrə rəhbər işçilər, ekologiya üzrə mütəxəssislər və elmi işçilər  iştirak edirlər.  Sərgidə əsas yerləri  daimi iştirakçılar olan ARDNŞ,   “BP”, “İtochu”, “OMV Gas İnternational GmbH”, “Statoil”, “Total”, “TPAO” və başqa şirkətlər tuturlar.

     Sərginin  açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Nazirlər, Komitə sədrləri, ARDNŞ-nin, eləcə də   xarici və yerli şirkətlərin , iri neft sənaye müəssisələrinin,  idarələrin və təşkilatların rəhbərləri iştirak etmişlər.

    Mərasimdə çıxış edən ölkə başçısı, öncə sərgi iştirakçılarını təbrik etmiş və bu sərginin ölkələr və şirkətlər arasında qarşılıqlı əlaqələrin  qurulmasında böyük əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır. Daha sonra Respublika Prezidenti  neft-qaz və kimya sənayesi sahəsində respublikamızda, eləcə də dünyada baş verən müsbət dəyişikliklər barədə geniş məruzə etmiş, sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

     “Ekol Mühəndislik Xidmətləri” QSC də sərgi  iştirakçılarında maraq doğuran stendi  ilə “18-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası  sərgisi” ndə iştirak edir. QSC-nin fəaliyyət sahələrini və həyata keçirdiyi ekoloji layihələri əks etdirən elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.

     Qeyd edək ki, “18-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi” iyunun 10-dək davam edəcəkdir.

      

 
 

             

tarix : 07.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.