ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC yeni layihələrin icrasına başlamışdır

      Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirilməsi davam etməkdədir.  Abşeron yarımadasında  ekoloji tarazlığın pozulmasına təsir göstərən  neft sənaye müəssisələrinin  istehsalat sahələrində isə bu kimi tədbirlər daha geniş vüsət almışdır.

?xml:namespace prefix = o /-->

     ARDNŞ-nin ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq etdiyi tədbirlər planına uyğun olaraq,  neft-qaz çıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi xüsusilə diqqət mərkəzindədir və bu sahədə məqsədyönlü tədbirlə görülməkdədir. Cari ilin 5 ayı ərzində yüz hektarlarla  torpaq sahəsi neftlə çirklənmədən təmizlənmişdir.

     ARDNŞ-nin  fəaliyyət sahələrində ekoloji yönümlü layihələrin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC  də potensial podratçı qismində yaxından iştirak edir.  QSC “Abşeronneft”, “Siyəzənneft”, “Balaxanıneft”, Z.Tağıyev adına, Ə.Əmirov adına  neft-qaz çıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların  təmizlənməsini və reabilitasiyasını uğurla həyata  keçirmiş və bu sahədə işləri davam etdirməkdədir.

      Neftlə çirklənmiş torpaqların təmizlənməsinin  aktual problem olması nəzərə alınaraq,  cari ilin II-ci rübündə də “Ekol Mühəndislik Xidmətləri” QSC-nə  yeni layihələrin icrası  həvalə olunmuşdur. Bu layihələrdə Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Buzovna qəsəbəsi) 226 hektar, “Azneft” İB-nin Qaraçuxur İNM (iriləşmiş neft mədəni) ərazisində isə 15 hektara qədər  neftlə çirklənmiş torpaqların təmizlənməsi nəzərdə tutulmuşdur.  Artıq bu sahələrdə layihələrin icrasına başlanılmış və xeyli işlər yerinə yetirilmişdir.

                           

 
 

             

tarix : 13.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.