ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir

     Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993 -cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

    İyunun 14-də  QSC-nin baş ofisində Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirdə  baş direktor Ramil Əliyev bu şanlı tarix haqqında geniş çıxış etmişdir.  Ramil Əliyev qeyd etmişdir ki,  90-cı illərdə Azərbaycan xalqı və dövlətçiliyimiz ən çətin və  təhlükəli bir dövrünü yaşayırdı. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimləri, müəllimləri, jurnalistləri, hüquqşünasları, həkimləri “Səs” qəzeti vasitəsilə öz müraciətlərində  Heydər Əliyevdən Qurtuluş hərəkatına rəhbərlik etməsini  təkidlə xahiş  etdilər.

     AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmış, vətəndaş müharibəsi üçün zəmin yaranmışdır. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar da son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

    Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət, həyatını təhlükə altında qoyaraq vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

     1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi və hər il bu bayrama təntənə ilə qeyd olunur.

    Heydər Əliyevin  siyasi kursunun  layiqli davamçısı, möhtərəm  prezidentimiz İlham Əliyevin  həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, bu gün respublikamız  müstəqillik yolunda mətin addımlarla irəliləyir və qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir.

   Tədbirdə çıxış edənlər, baş direktorun müavinləri Məzahir Hüseynov, İsrafil Əliyev, Rəşad İsmayılov, baş direktorun məsləhətçisi Kamil Akimov, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və başqaları Milli Qurtuluş Gününün şanlı tarixindən və Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.

     Çıxış edənlər qeyd etmişlər ki, Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

    Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.

    Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
 
 
 

             

tarix : 14.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.