ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik xidmətləri” QSC- də çalışan mühəndis-texniki işçilərinin texniki təhlükəsizlik üzrə növbəti imtahanlarına başlanılmışdır

      “Ekol Mühəndislik xidmətləri” QSC-də texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsində qurulması, istehsalat sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizliyin  tələblərinə əməl olunması, işçilərin  sanitar-texniki normalarına uyğun iş şəraiti, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə  təmin olunması daimi diqqət mərkəzindədir. Bununla yanaşı, QSC-də çalışan işçilərin texniki təhlükəsizlik üzrə bilik səviyyələrinin artırılması istiqamətində də müvafiq tədbirlər görülür, vaxtaşırı treninq və seminarlar keçirilir, bu sahədə dövrü olaraq təlimatlara uyğun işçilərin bilik səviyyələri yoxlanılır, əlavə təlimatlandırma və maarifləndirmə işləri həyata keçirilir.

     Növbəti dəfə mühəndis-texniki işçilərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə, QSC-nin bütün struktur bölmələri əhatə olunmaqla 20 iyun 2011-ci il tarixdən imtahanlara başlanılmışdır.  İmtahanda QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov,  Əmək haqqı və əməyin təşkili şöbəsinin rəisi Şahin Səlimov, HİK-nin sədri Əli Ələkbərov, Tullantıların emalı departamentinin rəis müavini Ataxan Əlicanov, Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və rəis müavini Tapdıq Quliyev iştirak etmişlər.

    İmtahanların nəticələri göstərir ki,  QSC-də çalışan mühəndis-texniki işçilərin  bilik səviyyələri qənaətbəxşdir və texniki təhlükəsizlik qaydaları təlimatlar işçilər tərəfindən dərindən mənimsənilmişdir.

   Mühəndis-texniki işçilərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahanlar davam edir.

 
 
 

             

tarix : 22.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.