ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi İtaliyada xidməti ezamiyyətdə olmuşlar

    Respublikamızın ərazisində, xüsusilə neft sənayesi sahələrində ekoloji problemlərin operativ və dünya standartları səviyyəsində  həll olunması ən aktual məsələlərdən biridir.  Bununla əlaqədar olaraq, ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri geniş vüsət almış, 100 hektarlarla torpaq sahələri  reabilitasiya edilərik landşaftın bərpası təmin olunmuşdur. Bu layihələrin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC də potensial podratçı qismində yaxından iştirak edir.

    Həyata keçirdiyi ekoloji layihələrin dünya standartlarına cavab verən səviyyədə icra edilməsi məqsədilə, QSC dünyada fəaliyyət göstərən analoji şirkətlərin qabaqcıl təcrübələrindən bəhrələnməyə, müasir texnika və texnologiyalardan istifadə etməklə maddi-texniki bazasının gücləndirilməsinə böyük önəm verir. Hazırda QSC-nin texniki parkında neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də çirkab suların təmizlənməsi sahəsində dünyanın  müxtəlif ölkələrinin ən müasir qurğuları istismar edilir və yüksək nəticələr əldə olunur.

    Odur ki,  xarici əlaqələrin genişləndirilməsi, analoji şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması, yeni texnika və texnologiyaların istehsalata tətbiq olunması QSC-nin  fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Elə bu məqsədlə də  QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev iyunun 23-dən 26-dək İtaliyanın  Luqo şəhərində xidməti ezamiyyətdə olmuşlar.

    Ezamiyyə müddətində QSC rəhbərliyi 1923-cü ildən Luqo şəhərində fəaliyyət göstərən və dünyada tanınmış  “Diemme S.P.A” şirkətində olmuş  və bu şirkətin rəhbərliyi ilə işgüzar görüş keçirmişlər. Tərəflər öz fəaliyyət sahələri ilə biri-birlərinə geniş məlumat vermiş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bəzi məqamları müzakirə edilmişdir. Sonra, QSC rəhbərliyi “Diemme S.P.A” şirkətinin istehsalı olan “Neftlə çirklənmiş torpaqların yuma üsulu ilə təmizləmə qurğusu” ilə yaxından tanış olmuşlar. Şirkətin əməkdaşları tərəfindən qurğunun iş prinsipi və texniki göstəriciləri haqqında QSC rəhbərliyinə ətraflı məlumat verilmişdir. Qurğunun məhsuldarlığı, iqtisadi səmərəliliyi və texnoloji xüsusiyyətləri  böyük maraq doğurmuşdur.

    Görüşdə qərara alınmışdır ki, “Diemme S.P.A” şirkətinin mütəxəssisləri Azərbaycana gələrək  şəraitlə yerində tanış olsunlar və bu istiqamətdə ikitərəfli görüşlər davam etdirilsin. Nəzərdə tutulmuşdur ki, yerli şərait qiymətləndirildikdən   və qarşılıqlı şərtlər razılaşdırıldıqdan sonra qurğu barədə təkliflər paketi QSC-yə təqdim edilsin.

   İyunun 26-da QSC-nin rəhbərliyi  xidməti ezamiyyətlərini başa vuraraq Bakıya qayıtmışlar.
 
 
 

tarix : 29.06.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.