ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Ekol Mühəndislik Xidmətləri” QSC-də olmuşdur

      İyulun 1-də ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə “Ekol Mühəndislik Xidmətləri“ QSC-nin istehsalat sahələrinə baxış keçirmiş,  istehsalat sahələrindəki qurğu və avadanlıqlarla, eləcə də neftşlamın emalı və zərərsizləşdirilməsi, parafinin və sənaye-çirkab sularının təmizlənməsi prosesləri ilə tanış olmuşdur.  Öncə ADNŞ-nin vitse-prezidentinə QSC-nin O.Vəliyev 1 ünvanında fəaliyyət göstərən Tullantıların emalı departamentinin 6-cı sahəsindəki qurğuların iş prinsipi və texnoloji  proseslər barədə ətraflı məlumat verilmişdir.  Qeyd olunmuşdur ki, bu sahədə  bir ayda Heydər Əliyev adına BNEZ-dan daxil olan 1-1.2 milyon m3-ə qədər sənaye-çirkab suları  müasir texnologiyalarla təmizlənərək, bir hissəsi texniki məqsədlər üçün zavodun təkrar istifadəsinə verilir, bir hissəsi isə bioloji təmizləmə qurğularına ötürülür. Sahədə ay ərzində 2 min    m3-ə qədər neftşlam emal olunaraq zərərsizləşdirilir. Parafin təmizləmə sexində isə ay ərzində QSC-nin təsisçiliyi ilə yaradılmış AAS-EKOL MMC-dən qəbul edilmiş 150-200 tona qədər ərsin parafini təmizlənir. İstehsalat prosesləri ilə tanışlıq zamanı vitse-prezidenti maraqlandıran suallar cavablandırılmışdır. R. Hüseynzadə QSC-nin O.Vəliyev 1 ünvanında yerləşən struktur bölmələrində çalışan işçilərin  əmək şəraiti ilə də maraqlanmışdır.

     Sonra ARDNŞ-nin ekologiya üzrə vitse-prezidentini  QSC-nin  “Azərneftyağ” NEZ-nun ərazisindəki Tullantıların emalı departamentinin 7-ci sahəsinə baş çəkmişdir. Baş direktor  Ramil Əliyev  burada görülən işlər barədə vitse-prezidentə  ətraflı məlumat vermiş, onu  sahədəki qurğular və texnoloji proseslərlə yaxından tanış etmişdir. Bildirilmişdir ki, bu sahədə bir ayda “Azərneftyağ” NEZ-da   texnoloji proseslər zamanı formalaşan 1 milyon m3-ə qədər sənaye –çirkab sulara norma həddinə qədər təmizlənir, 1 min m3-ə qədər neftşlam emal edilərək zərərsizləşdirilir.

   “Ekol Mühəndislik Xidmətləri“ QSC-nin baş direktoru Ramil Əliyev  istehsalat sahələri ilə tanışlıqla yanaşı, QSC-nin hazırda neft-qaz çıxarma idarələrinin mədən ərazilərində torpaqların rekultivasiyası və bioremediasaiyası  sahəsində yerinə yetirdiyi layihələr barədə  də vitse-prezidentə ətraflı  məlumat vermişdir.

      QSC-nin istehsalat sahələrində görülən işlər, həmçinin, neftşlamın emalı və zərərsizləşdirilməsinin, parafinin və sənaye-çirkab suların təmizlənməsinin müasir texnika və texnologiyalarla həyata keçirilməsi, istehsalat proseslərində İSO 14001 standartlarına tam əməl olunması ARDNŞ-nin vitse-prezidentinin diqqətini cəlb etmişdir.  Rəfiqə Hüseynzadə  bu görüşün ona  yaxşı təəssürat bağışladığını və son illərdə QSC-nin ekologiya sahəsində həyata keçirdiyi layihələrin təqdirə layiq olduğunu  böyük razılıq hissi ilə vurğulamışdır. O, bu işlərin bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu, bunun üçün mümkün variantların birlikdə araşdırılacağını və həyata keçiriləcəyini  xüsusilə qeyd etmişdir.

     Baş direktor Ramil Əliyev vaxt tapıb  QSC-nin fəaliyyəti ilə maraqlandığına görə  Rəfiqə Hüseynzadəyə  öz dərin təşəkkürünü bildirmiş,  QSC-nin  fəaliyyətinin daimi ARDNŞ-nin diqqət mərkəzində olduğunu  və bu dəstəyin davamlı olacağına əminliyini minnətdarlıq hissi ilə ifadə etmişdir. O, tarixi ənənələrə söykənən neft sənayesində ekoloji problemlərin aktuallığına diqqət çəkərək, bu problemlərin həllində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  hər zaman fəal olacağını vurğulamışdır.

    Görüşün sonunda ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə  QSC-nin  ümumi fəaliyyətindən razı qaldığını  bildirmiş   və perspektiv planlarla bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir.

 
 
 
 
 

tarix : 01.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.