ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Dübəndi neft terminalında ekoloji yönümlü fəaliyyətə başlamışdır

    ARDNŞ-nin istehsalat sahələrində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ekoloji yönümlü fəaliyyəti günü-gündən genişlənməkdədir. Bu işlərin davamı olaraq,  ARDNŞ-nin  “Neft Kəmərləri” idarəsi ilə bağlanmış müqaviləyə əsasən  QSC  Dübəndi neft terminalında  da fəaliyyətə  başlamışdır.

   Müqavilənin şərtlərinə əsasən, “TOPAS” tipli biotəmizləyici, “VEW System Specification” tipli separator, və “OSS-500”  sistemli neftşlam emal edən qurğulardan istifadə edilməklə, QSC tərəfindən fasiləsiz olaraq terminalda  formalaşan məişət-təsərrüfat, çirkab axıntı və neftlə çirklənmiş axıntı sularının təmizlənməsi, eləcə də  neftşlamın emalı və zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur.

   Bununla əlaqədar olaraq, QSC-nin Tullantıların emalı departamentinin 5-ci sahəsi ilk növbədə  Dübəndi terminalındakı istehsalat sahəsində  abadlaşdırma, təmizləyici qurğularda və qazanxanada isə  təmir profilaktika işlərini  həyata keçirmişdir. Sahə  texniki vasitələrlə və işçi qüvvəsi ilə təmin olunmuş, cari ilin may ayından işlərə start verilmişdir.

   Yeni istehsalat sahəsində  təlimata uyğun olaraq təhlükəsizlik texnikası üzrə də bütün lazımı tədbirlər görülmüş, ərazi  tələb olunan plakatlar və yanğından mühafizə vasitələri ilə təmin edilmişdir.

   “Neft Kəmərləri” idarəsinin  Dübəndi neft terminalında işlər müqavilə şərtlərinə uyğun olaraq davam etdirilir.

 
 
 

tarix : 06.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.