ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji vəziyyətin yaxşılaşdırılması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətidir

    Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsi istiqamətində respublikamızın hər yerində , eləcə də ARDNŞ-nin istehsalat sahələrində davamlı kompleks tədbirlər həyata keçirilir və “Ekol Mühəndislik Xidmətləri” QSC də bu tədbirlərdə yaxından iştirak edir. Bu baxımdan   QSC-nin neft emalı zavodlarında  istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi, eləcə də  ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılması sahəsində gördüyü işlər xüsusilə əhəmiyyətlidir.

    QSC-nin əsas  sifarişçilərindən olan Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ"    NEZ-nun istehsalat sahələrinin yaşayış məntəqələrinə yaxın və əhalinin sıx yaşadığı ərazilərdə yerləşməsi isə, bu zavodlardan atılan tullantıların təmizlənməsinə və zərərsizləşdirilməsinə xüsusi yanaşma metodları və yeni texnologiyaların tətbiqi zərurətini doğurur. Bu məqsədlə QSC-nin istehsalat sahələrində olan mövcud mexaniki təmizləyici qurğuların  məhsuldarlığının artırılması və yeni qurğuların alınıb quraşdırılması istiqamətində zəruri tədbirlər görülür.

     2006-cı ildən başlayaraq orta hesabla bir ildə Heydər Əliyev adına BNEZ-nun 12 milyon m3-dən artıq, "Azərneftyağ" NEZ-dan isə  11 milyon m3-ə qədər sənaye çirkab suları norma həddinə qədər təmizlənir və il ərzində hər iki zavodun istehsalat sahələrində  40 min tona qədər neftşlam emal edilərək zərərsizləşdirilir ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarını xeyli dərəcədə azaldır. ARDNŞ-nin neft-qaz  çıxarma idarələrinin  mədən ərazilərində aparılan torpaqların rekultivasiyası və bioremediasiyası  işləri də QSC-nin son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi mühüm tədbirlərdəndir.

     Bununla yanaşı QSC  bir çox "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işləri apararaq, ekoloji cəhətdən  təmiz istehsalatın təşkilinə dair öz təkliflərini verir və bu təşkilatların ərazilərində olan tullantıların  daşınıb təmizlənməsinə yaxından köməklik göstərir ki, bu da  ətraf mühitin mühafizəsinə xidmət edir.

   "Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin istehsalat  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində məqsədyönlü     tədbirlərini davam etdirir.
 
 
 

tarix : 08.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.