ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti 2011-ci ilin I-ci yarım illiyini uğurla başa vurmuşdur

      Ətraf mühitin mühafizəsi sahəsində çirkab-sənaye, tullantı sularının və parafinin təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi kimi önəmli ekoloji layihələr həyata keçirən  QSC-nin Tullantıların Emalı Departamenti (TED),    2011-ci ilin I-ci yarım illiyini uğurlu göstəricilərlə başa vurmuşdur.

     Cari ilin I-ci yarım illiyində TED-nin  6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun  9-cu sexinin ərazisi) BNEZ-nun 10 min 935 ton neftşlamı  emal edilərək zərərsizləşdirilmiş, 4 milyon 998 min m isə sənaye çirkab suları təmizlənmişdir. Bu dövr ərzində TED-nin “Parafin təmizləmə sexi”ndə “BP Exploreyşn (Caspian SEA) LTD-dən daxil olan  62 tona qədər ərsin parafini təmizlənmişdir.

     Hesabat dövründə TED-nin 7-ci sahəsində (“Azərneftyağ” NEZ-nun ərazisi)  NEZ-da texnoloji proseslər nəticəsində formalaşan  5 min 127 ton neftşlam emal olunaraq zərərsizləşdirilmiş,  5 milyon 865 m3-ə qədər sənaye çirkab suları norma həddinə qədər təmizlənmişdir.

     Bununla yanaşı, I-ci yarım illikdə TED-nin 6-cı sahəsində digər “Sifarişçi” təşkilatlardan, o cümlədən  ARDNŞ-nin Ekologiya İdarəsindən, “Suraxanı OYL” Operation  Company S.A.-dan, İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanma İdarəsindən, Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsindən, ARDNŞ-nin Qaz Emalı Zavodundan, “AAS-EKOL” MMC-dən və Abşeron ATE-dən  daxil olan  19 min 137 m3 lyal, məişət-fekal, yağlı və tullantı suları qəbul edilərək təmizlənmiş,  1min 417 tona qədər neftşlam, su əsaslı palçıq, yağlı şlam və yağlı torpaq emal edilərək zərərsizləşdirilmişdir.

    Ötən yarım illikdə “Ekol Mühəndislik Xidmətləri” QSC ilə  ARDNŞ-nin  “Neft Kəmərləri” İdarəsi arasında bağlanmış müqaviləyə əsasən, TED may ayından  Dübəndi neft terminalında  da fəaliyyətə  başlamışdır. Müqavilənin şərtlərinə əsasən, TED-nin 5-ci sahəsi “TOPAS” tipli biotəmizləyici, “VEW System Specification” tipli separator, və “OSS-500”  sistemli neftşlam emal edən qurğulardan istifadə etməklə, terminalda  formalaşan məişət-təsərrüfat, çirkab axıntı və neftlə çirklənmiş suların təmizlənməsi, eləcə də  neftşlamın emalı və zərərsizləşdirilməsi  işlərini həyata keçirir .

     Bundan başqa, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti I-ci yarım illikdə  ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində önəmli ekoloji layihələr həyata keçirməklə yanaşı, istehsalat sahələrində, həmçinin təmizləyici və emaledici qurğularda təmir-profilaktika işlərini  yerinə yetirmiş, istehsalat proseslərinin fasiləsizliyi və texniki təhlükəsizliyi təmin edilmişdir.

 

 
 
 
 

tarix : 11.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.