ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Kompleks Tədqiqatlar Laboratoriyası 2011-ci ilin birinci yarım illiyində 919 nümunə üzərində 3 294 analitik təhlil aparmışdır

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi  ekoloji layihələrin keyfiyyətlə icra olunması  layihə ərazilərində və istehsalat sahələrində aparılmış ekoloji monitorinqin  və analitik təhlillərin nəticələrindən  xeyli dərəcədə asılıdır. Odur ki, QSC-nin Ekoloji Monitorinq Departamenti  bütün fəaliyyət sahələrində mütəmadi olaraq monitorinq işlərini  yerinə yetirir və götürülmüş nümunələr Departamentin Kompleks Tədqiqatlar Laboratoriyasında  analitik təhlil edilir. Əldə olunmuş nəticələrə uyğun olaraq layihələrin icra müddəti və metodları müəyyən olunur.

   Müasir cihaz və avadanlıqlarla təchiz  olunmuş və peşəkar kadrların fəaliyyət göstərdiyi Kompleks tədqiqatlar Laboratoriyası (KTL) 2011-ci ilin birinci yarısında da məhsuldar işləmiş  və öz layiqli töhfələrini vermişdir. Bu dövr ərzində  QSC-nin  Tullantıların Emalı Departamentinin (TED) 6-cı (Heydər Əliyev adına BNEZ-nun  9-cu sexinin ərazisi) və 7-ci (“Azərneftyağ” NEZ-nun ərazisi) sahələrində istismarda olan təmizləyici və emal qurğularının effektivliyinin müəyyən edilməsi məqsədilə, KTL tərəfindən qurğuların giriş və çıxışlarından gündəlik nümunələr götürülmüş, pH  və digər kimyəvi göstəricilər təyin edilmişdir. Bu sahələrdə 275 nümunədə 984  fiziki-kimyəvi və kimyəvi təhlillər aparılmışdır. Müvafiq dövr ərzində TED-nin 5-ci sahəsində  istismarda olan  təmizləyici və emal qurğularının giriş və çıxışlarından isə 116 su nümunəsi götürülərək  (316)  təhlil edilmişdir.

      Ekoloji Monitorinq Departamentinin KTL 2011-ci ilin 6 ayı ərzində  QSC-nin digər “Sifarişçi” təşkilatlarının istehsalat sahələrində də  zəruri tədqiqat işlərini yerinə yetirmişdir. Hesabat dövründə Kompleks Qazma İşləri Trestinin “Qobustan” KQİİ-nin,  Tamponaj İdarəsinin, “Abşeron” Qİİ-nin, “Qazmaservis və  Loqistika” İdarəsinin, “Abşeronneft” NQÇİ-nin, “28 May” NQÇİ-nin, “Balaxanıneft” NQÇİ-nin və  “N.Nərimanov” NQÇİ-nin istehsalat sahələrində aparılmış monitorinq zamanı götürülmüş  378 su  nümunəsi üzərində 1 612-yə  qədər fiziki-kimyəvi və kimyəvi analizlər aparılmışdır. May ayında isə “Suraxanı OYl”  Operation Company S.A. Şirkətinin mədən  ərazisində formalaşmış mədən sularından  16 nümunə  götürülmüş və 127  təhlil aparılmışdır. KTL həmçinin  neftlə çirklənmiş sahələrin  bioremediasiyası zamanı neft-qaz çıxarma idarələrinin mədən ərazilərindən də 134 nümunə götürərək  261 fiziki-kimyəvi və kimyəvi təhlil etmişdir.

      Ekoloji Monitorinq Departamentinin  KTL QSC-nin fəaliyyət sahələrində  tədqiqat işlərini fasiləsiz olaraq davam etdirir.

          

tarix : 13.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.