ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Normativ-texniki sənədlərlə iş şöbəsi 2011-ci ilin birinci yarım illiyində vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdi
      Hər bir müəssisə və təşkilatın ekoloji siyasətinin düzgün müəyyənləşdirilməsi  və idarə  edilməsi    üçün   əsaslandırılmış    ekoloji    normativ-texniki    sənədlər     toplusunun olması vacib şərtlərdən biridir. Bununla əlaqədar olaraq, “Ekol Mühəndisli   Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentinin “Normativ-texniki sənədlərlə iş şöbəsi tərəfindən 2006-cı ildən başlayaraq, ARDNŞ-nin  30-dan çox təşkilatlarının 70-dən çox normativ-texniki sənədləri yüksək səviyyədə işlənib hazırlamış və aidiyyəti dövlət orqanları ilə razılaşdıraraq sifarişçilərə təhvil verilmişdir.

      2011-ci ilin birinci  yarım illiyində də Normativ-texniki sənədlərlə iş şöbəsi ekoloji normativ–texniki sənədlərin işlənib hazırlanması sahəsində xeyli iş görmüş və vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Belə ki, cari ilin  6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  Sosial İnkişaf İdarəsi ilə “Ekol Mühəndisli Xidmətləri” QSC arasında “Lənkəran Müalicə Diaqnostika Mərkəzi və Şirvan  Müalicə Diaqnostika Mərkəzi üçün ekoloji normativ-texniki sənədlər toplusunun (ekoloji pasport, yol verilən atqı həddi normativləri layihəsi, tullantı mənbələrinin və tullantıların inventarlaşdırılması) işlənib hazırlanması” haqqında bağlanmış müqaviləyə əsasən, hər bir Müalicə Diaqnostika Mərkəzi üçün 3 sənəd olmaqla 6 sənəd işlənib hazırlanmış və baxılmaq üçün sifarişçiyə təqdim edilmişdir.
      Bundan başqa, 2011-ci ildə “Bibiheybətneft” NQÇİ, N.Nərimanov adına NQÇİ, “Neft Daşları” NQÇİ üçün Yol Verilən Axıntı Həddi və Qaraçuxur İriləşdirilmiş Neft Mədəni üçün Ekoloji Pas¬port, Yol Verilən Atqı Həddi, Yol Verilən Axıntı Həddi normativ-texniki sənədlərinin işlənib hazırlanması haqqında “Azneft”  İstehsalat  Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında müqavilə imzalanmışdır. Normativ-texniki sənədlərlə iş şöbəsi operativ olaraq müqavilə üzrə işlərin icrasına başlamış və bir çox sənədlərin işlənib hazırlanmasına nail olmuşdur.
       Müvafiq dövr ərzində “Azneft” İB “Bibiheybətneft” NQÇİ-nin və N.Nərimanov adına NQÇİ-nin Yol Verilən Axıntı Həddi Normativləri layihələrinin işlənib hazırlanması başa çatdırılmış və sənədlər  sifarişçilərə təhvil verilmişdir. “Neft Daşları” NQÇİ  üçün Yol Verilən Axıntı Həddi Normativləri layihəsinin və Qaraçuxur İriləşdirilmiş Neft Mədəni üçün ekoloji pasport, Yol Verilən Atqı Həddi, Yol Verilən Axıntı Həddi Normativləri layihələrinin işlənib hazırlanması  üzrə işlər isə təqvim planına uyğun olaraq davam etdirilir.
       Hesabat dövründə “Bahar Enerji Əməliyyat Şirkəti”nin müraciətinə əsasən, həmin Şirkəti üçün ekoloji pasport, Yol Verilən Axıntı Həddi Normativləri layihəsi, Yol Verilən Atqı Həddi Normativləri layihəsi, Atmosferə zərərli maddələrin atqı mənbələrinin inventarlaşdırılması və digər ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması məqsədilə, Normativ-texniki sənədlərlə iş şöbəsi  müqavilənin tərtibatı və rəsmiləşdirilməsi üzrə iş aparmışdır. Bununla yanaşı, “Azneft” İB-nin rəsmi müraciəti ilə əlaqədar olaraq, Muradxanlı İriləşdirilmiş Neft Mədəni üçün Yol Verilən Atqı Həddi Normativləri Layihəsinin işlənib hazırlanması üçün şöbə tərəfindən  müqavilənin tərtibatı və rəsmiləşdirilməsi üzrə  hazırlıq işləri  də görülmüşdür.       
  

tarix : 18.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.