ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Səyyar monitorinq xidməti 2011-ci ilin I-ci yarım ili ərzində müqavilə öhdəliklərinə tam əməl etmişdir

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin illik iş planlarına və “Sifarişçi” təşkilatlarla bağlanmış  müqavilə öhdəliklərinə uyğun olaraq, Ekoloji  Monitorinq Departamentinin (EMD)  Səyyar monitorinq xidməti (SMX) də  2011-ci ilin I-ci yarım ili ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. SMX-nin apardığı monitorinqlər zamanı əsas istiqamət, istehsalat sahələrindən atmosferə atılan zərərli maddələrin azalmasına,  təmizləyici  qurğuların effektliyinin artırılmasına və istehsalat prosesləri zamanı formalaşan tullantıların  idarə olunmasına  müsbət təsir göstərəcək tədqiqat işlərinə və səmərəli nəticələrin əldə edilməsinə  yönəldilmişdir.

    SMX  cari ilin  6 ayı ərzində QSC-nin “Sifarişçi” təşkilatlarının istehsalat sahələrində  mütəmadi olaraq  kompleks ekoloji monitorinq işlərini uğurla həyata keçirmişdir. Cari ilin I-ci yarım illiyində  “Azneft” İB-nin “28 May” NQÇİ, “Neft Daşları” NQÇİ, “Abşeronneft”  NQÇİ, “Balaxanıneft” NQÇİ və N.Nərimanov adına NQÇİ-də aparılmış monitorinq müşahidə məlumatları, ətraf mühitə təsir dərəcəsindən asılı olaraq  diferensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədilə konkret təkliflər hazırlanaraq “Sifarişçi”yə təqdim olunmuşdur. Monitorinqlər zamanı  istehsalat sahələrində formalaşan axıntı sularından nümunələri götürülmüş, neft məhsulları, pH,  fenollar, OBT5, SSAM, NO3 və asılı  maddələr üzrə analitik təhlillər  aparılması üçün  EMD-nin  Kompleks Tədqiqatlar Laboratoriyasına (KTL) təqdim olunmuşdur. Təhlillərin  nəticələrinə uyğun olaraq çatışmamazlıqların aradan qaldırılması üçün “Sifarişçi”yə təkliflər verilmişdir.

       Müvafiq dövr ərzində  SMX  “Kompleks Qazma İşləri” Trestinin  qazma rayonlarında da  kompleks monitorinq işlərini həyata keçirmişdir. Trestin  “Qazmaservis və Loqistika” İdarəsi, “Tomponaj” İdarəsi”, “Abşeron” Qİİ və “Qobustan” Qİİ-də  aparılan monitorinq işləri zamanı diqqət su əsaslı şlamın atılma texnologiyasına, kimyəvi əsaslı şlamın yığılıb ətraf mühitdən təcrid edilməsi problemlərinə və buruq axıntı sularının yığılıb zərərsizləşdirilməsinə  yönəldilmişdir. Monitorinqlər aparılarkən  bu təşkilatların  istehsalat sahələrindəki axarlardan  su nümunələri götürülmüş, neft məhsulları, pH, fenollar, OBT5, SSAM, NO3 və asılı maddələr üzrə analitik təhlillər aparılması üçün   KTL-na təqdim olunmuşdur. Bütün Qazma İdarələrinə monitorinqin yekunlarına dair  6 aylıq hesabatlar hazırlanıb təqdim olunmuş və həmin hesabatlarda monitorinq rayonu üçün ekoloji tarazlığın təmin edilməsi məqsədi ilə zəruri tədbirlər  öz əksini tapmışdır.

    2011-ci ilin I-ci yarım ilində SMX, QSC tərəfindən “Azneft” İB-nin  mədən ərazilərində həyata keçirdiyi “neftlə çirklənmiş sahələrin bioremediasiyası” layihələri  üçün zəruri olan kompleks ekoloji monitorinq işlərini də apararaq, konkret  nəticələr barədə hesabatı “Sifarişçi”təqdim etmişdir.
 

tarix : 20.07.2011

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.